Ali təhsil müəssisələrinin qəbul planı 93.94 faiz dolub
Elm və təhsil

Ali təhsil müəssisələrinin qəbul planı 93.94 faiz dolub

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsinin nəticələrinə əsasən 51941 nəfər (o cümlədən 6592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 24594 (o cümlədən 1389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27347 (o cümlədən 5203 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

"Reepublika" xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata əsasən, ali təhsil müəssisələrinin qəbul planı 93.94 faiz dolub. Sentyabrın 5-dən 14-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq və göstəricilər bir qədər də yüksələcək.