ADNSU-nun tələbələri SOCAR-ın “Downstream Management” şirkətində təcrübə keçirlər
Elm və təhsil

ADNSU-nun tələbələri SOCAR-ın “Downstream Management” şirkətində təcrübə keçirlər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 12 tələbəsi SOCAR-ın “Downstream Management” şirkətində təcrübə keçir.

Bu barədə “Respublika”ya ADNSU-dan məlumat verilib.

Bildirilib ki, təcrübə zamanı tələbələr öyrəndikləri nəzəri bilikləri sınaqdan keçirməklə ixtisaslarının incəlikləri ilə daha yaxından tanış olmaq imkanları qazanırlar.

Müəssisədə tələbələrin təcrübə keçməsi üçün lazımi şərait yaradılıb.