ABŞ-ın Azərbaycandakı səfirliyi Anım Günü münasibətilə paylaşım edib
Siyasət

ABŞ-ın Azərbaycandakı səfirliyi Anım Günü münasibətilə paylaşım edib

ABŞ-ın Azərbaycandakı səfirliyi 27 Sentyabr – Anım Günü münasibətilə paylaşım edib.

"Respublika" xəbər verir ki, paylaşımda deyilir:

“Sentyabrın 27-də Azərbaycanın Anım Günündə Azərbaycan və Ermənistan arasında münaqişədə həlak olanların ailələrinə başsağlığı veririk. Bu gün Səfirliyimiz münaqişədə həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edəcək. Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün dinc və firavan gələcəyin təşviqinə sadiqdir”.