Siyasət

"Qoca qitə"nin qoca qarı seçki dedi-qodusu

Fevralın 7-də ölkəmizdə sevinc, qələbə əhvali-ruhiyyəsi hökm sürdü. Sanki bu tarix Vətən müharibəsində qazandığımız zəfərin, Xandəndidəki xunta rejiminin təslim olduğu zaman hiss etdiyimiz qürurun məntiqi davamı idi. Hər kəs dağa dönmüş ürəyindən keçən namizədi dəstəkləmək, bir növ minnətdarlığını ifadə etmək üçün məntəqələrə yollanırdı. Həmin gün ərzində müşahidə etdiklərim onu deməyə əsas verir ki, səsverməyə gələnlərin mütləq əksəriyyətinin üzü gülürdü. Çünki xalqımız tarixən ona edilən yaxşılığa eyni qaydada cavab verib, nankor olmağa öyrəşməyib.

Xalqımız 2020-ci ildən bəri böyük bir vəfa borcu gəzdirirdi çiynində. Nəhayət, bunun qarşılığını vermək vaxtı çatmışdı. Ölkədə prezident seçkiləri keçirilirdi, namizədlər siyahısında isə XXI əsrin sərkərdəsi, bizə qalibiyyət hissini yaşadan lider İlham Əliyevin adı var idi. Elə buna görə də növbədənkənar prezident seçkilərində respublika üzrə seçici fəallığı 76,73 faiz oldu. Ümumilikdə 4 milyon 971 min 32 nəfər səs verdi. Proseslərin məntiqi davamı olaraq da bülletenlərin 93,3 faizinin sayılmasından sonra İlham Əliyevin seçicilərin 92,05 faizinin, yəni 4 milyon 281 min 625 nəfərin səsini aldığı açıqlandı. Birinci namizədlə digər namizədlər arasında təxminən 90 faiz səs fərqinin olması xalqın qərarının qəti olduğunu göstərirdi. Bundan növbədənkənar prezident seçkilərində namizəd olmuş şəxslərin də xəbəri var idi. Elə buna görə də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurucusu Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, həmçinin namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Fuad Əliyev və Zahid Oruc seçkilərdə Azərbaycan xalqının böyük etimadını qazanaraq qalib gələn Prezident İlham Əliyevə zəng edərək təbriklərini çatdırıblar. Keçmiş rəqiblər bu qələbənin ədalətli olduğunu da etiraf etməkdən çəkinməyiblər. Yaxşı deyiblər: "Görünən kəndə nə bələdçi?!".

Dövlət başçımızın tam qələbəsi ölkə xaricində də əks-səda yaratmaya bilməzdi. Nəticələr elan olunduqdan dərhal sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi, inamlı qələbə qazanması münasibətilə səmimi-qəlbdən təbriklərini çatdırdı, ölkəmizin daha da inkişaf etdirilməsi və xalqımızın rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzuladı. Rusiyanın dövlət başçısı Vladimir Putin isə ölkə başçımıza təbrik məktubu ünvanladı. Bu mövzuda maraqlı açıqlamalardan biri də Gürcüstandan gəldi. Ölkənin sabiq prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında yazdı ki, Azərbaycan üçün Prezident İlham Əliyev o qədər iş görüb ki, onları saymaqla bitməz. O, qarşıdakı 7 ilin Azərbaycan tarixində qızıl dövr kimi qalacağına əminliyini də diqqətə çatdırdı.

Dünya mediası da fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini diqqət mərkəzində saxladı və dövlətimizin başçısı İlham Əliyevin inamlı qələbəsindən yazdı. Bu prosesdə ən operativ xəbərlər Türkiyənin informasiya agentlikləri tərəfindən yayıldı. Beynəlxalq internet nəşri olan "Breaking News Network Worldwide" "Azərbaycanda seçkilərdə yüksək seçici fəallığı: xalq üçün qələbə" sərlövhəsi ilə məqalə dərc etdi. Avropa, ABŞ, həmçinin Yaxın Şərq və Asiyanın, o cümlədən Çin və Pakistanın media orqanları qeyd etdilər ki, seçkilər ilk dəfə Azərbaycanın müasir tarixində ölkənin öz ərazisi üzərində tam nəzarəti əldə etməsi şəraitində keçirilib. "Associated Press", "The Washington Post", "Euronews" kimi nüfuzlu media orqanları, eləcə də Rusiyanın "Birinci" telekanalı Prezident İlham Əliyevin ailəsi ilə birlikdə Xankəndidə səsverməsini əlamətdar hadisə kimi xarakterizə etdi, məqalələrin əsasını bu mövzu təşkil etdi.

Maraqlısı budur ki, İlham Əliyevi qeyd-şərtsiz qələbəsi münasibətilə təbrik edənlər sırasında müxtəlif erməni siyasətçiləri də var idi. Hətta erməni politoloq İşxan Verdyan açıqlamasında bildirdi ki, Əliyev özünü parlaq döyüş lideri kimi sübut etdi. Onun dünyanın görkəmli lideri olacağına heç bir şübhəm yoxdur. Amma təəssüf ki, ermənidən çox ermənilik edənlər bu dəfə də öz xislətlərindən əl çəkmədilər. Belə ki, Birləşmiş Ştatlar fevralın 7-də keçirilmiş prezident seçkilərinin həqiqi rəqabətin olmadığı məhdud mühitdə baş tutması ilə bağlı bəyanat dərc etdi. Ağ Ev bu sənədin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun monitorinq missiyasının müşahidələri əsasında hazırlandığını bildirdi. Sözsüz ki, Azərbaycan haqsızı susdurmağı, ədalətsizliyin qarşısını almağı yaxşı bilir. Elə buna görə də, Qərbi Azərbaycan İcması dərhal cavab mətnini paylaşdı. Qurumun açıqlamasında bildirildi ki, ABŞ səfirliyinin fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı verdiyi bəyanat Azərbaycan xalqının iradəsinə hörmətsizlik və elementar diplomatik qaydalara zidd olan kobud hərəkətdir. İcmanın cavabında bildirildi ki, Ermənistanın 30 illik işğalçılıq siyasətini, etnik təmizləməni, "demokratik" Nikol Paşinyanın müdafiə naziri, "dahi sərkərdə" David Tonoyanın Vaşinqtonda Azərbaycanı "yeni ərazilər üçün yeni müharibə" ilə hədələyən açıqlamasını pisləməyən, Qərbi azərbaycanlıların qayıdış hüququnu dilə gətirməyən bir ölkənin bugünkü bəyanatı çox gülünc səslənir:

"Əgər ABŞ diplomatları ATƏT-in tövsiyələrinə belə önəm verirsə, ilk öncə onları elə həmin ATƏT-in 2020-ci ilin noyabr ayında ABŞ-da keçirilmiş prezident seçkiləri ilə bağlı verdiyi tövsiyələrlə tanış olmağa çağırırıq. Həmin hesabatda xüsusilə vurğulanır ki, ATƏT-in əvvəlki hesabatlarında yer almış tövsiyələr yerinə yetirilməmişdir. ABŞ diplomatlarını riyakarlıqdan uzaq olmağa çağırırıq".

Qərbi Azərbaycan İcmasının bəyanatını dəstəkləmək üçün bir məqamı qeyd edək. Birləşmiş Ştatlar demokratik seçkilərə kölgə salmaq üçün həqiqi rəqabətin olmadığını əsas gətirib. Axı kim seçkilərdə namizədliyini irəli sürdü, hansı loyal, radikal, mühafizəkar, liberal siyasətçi ortalığa çıxdı, hansı kampaniya apardı? MSK kiminsə namizədliyini qeydə almamağa və yaxud kimisə seçkiyə buraxmamağa cəhd etdimi? Bunların heç biri əlbəttə ki, baş vermədi. Çünki onların özləri də bilirdilər ki, bu xalq Qarabağı qaytaranı başının tacı edəcək. Artıq bütün ərazilərimiz işğaldan azad olunub, suverenliyimiz tam bərpa edilib. Yəni Azərbaycan xalqının xəyalları gerçək olub. Biz qalib ölkənin vətəndaşı olmaq xoşbəxtliyini yaşayırıq. Bunların fonunda da 7 fevral seçkilərində xalq müzəffər liderinə səs verməklə bütün dünyaya mesaj göndərdi ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və bundan sonrakı inkişaf mərhələsində də dövlət başçısının yanında olacaq. Xalqımız əmindir ki, bu nailiyyətlərin davamı gələcək, yeni dövrdə qarşıda duran yeni vəzifələr də uğurla yerinə yetiriləcək.

Müstəqil Azərbaycan 20 ildən çoxdur ki, xalqımızın müdrik seçiminin xoşbəxtliyini yaşayır. Biz arzuladığımız qüdrətli və nüfuzlu dövlətin vətəndaşları kimi haqlı olaraq ölkəmizlə fəxr edirik. Bunların fonunda xəbis niyyətli qoca qarı kimi dedi-qodu etməklə məşğul olan "demokratik" "supergüc"lərin nə dediyinin heç bir mənası yoxdur. Çünki el gözü tərəzidir.

Jalə QASIMZADƏ,

"Respublika".