Qərbi Azərbaycan İcması
Siyasət

Qərbi Azərbaycan İcması

Paşinyanın fikirləri Ermənistanın sülhdə maraqlı olmadığını göstərir

Ermənistanın baş naziri Nikol Paşinyanın "ordu" günü münasibətilə çıxışında ifadə etdiyi fikirlər bir daha Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlı olmadığını nümayiş etdirir. Sülh istəyən ölkə necə olur ki milyardlarla dollarlıq silah sazişlərinin imzalanması ilə öyünür.

Bu sözlər Qərbi Azərbaycan İcmasının N.Paşinyanın fikirləri ilə bağlı yaydığı bəyanatda yer alıb.

Bəyanatda qeyd olunub ki, Nikol Paşinyanın "qoşunların güzgü prinsipi ilə geri çəkilməsi" fikrini yenidən təkrarlaması, "hücum etməmək haqqında pakt", "silahlanmaya birgə nəzarət mexanizmi" kimi köhnəlmiş, utopik təkliflər səsləndirməsi Ermənistanın əsassız bəhanələrlə sülh sazişindən qaçmağa çalışdığını sübut edir. Ermənistanın baş naziri birinci və ikinci dünya müharibələri arasındakı dövrü xatırladan "hücum etməmək haqqında pakt" kimi əcaib təşəbbüs irəli sürmək əvəzinə sülhün təmin olunması istiqamətində real addımlar atmalı və bu xüsusda, Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalıdır.

"Ermənistan prezidenti və parlament sədrinin "ordu" günü münasibətilə açıqlamalarında işğala Birinci Qarabağ müharibəsinə haqq qazandırmaq cəhdi, İkinci Qarabağ müharibəsinin nəticələri ilə bağlı isə məyusluq elementləri yer almışdır. Bu tip ziddiyyətli açıqlamalar Ermənistanın iddia etdiyi sülh siyasəti ilə qətiyyən uyğun gəlmir və onlara son qoyulmalıdır.

Bundan əlavə, bir sıra qərb ölkələr

inin "ordu" günü münasibətilə verdiyi bəyanatlar otuz ilə yaxın müddət ərzində qonşu dövlətin torpaqlarını işğal altında saxlamış Ermənistanda revanşizmin həvəsləndirilməsinə xidmət edir və həmin ölkələrin özlərinin sülh prosesində nə dərəcədə maraqlı olması barədə suallar doğurur", - deyə Qərbi Azərbaycan İcmasının bəyanatında vurğulanıb.

***

"Azərbaycana UNESCO missiyası getsin, amma Ermənistana olmaz" yanaşması irqçi mövqedir

Ermənistan xarici işlər nazirinin müavininin ölkəsinin Qarabağa UNESCO missiyasının göndərilməsi istiqamətində səyləri barədə səsləndirdiyi fikirlər bu dövlətin hələ də Azərbaycanın suverenliyini təhdid etdiyini, ardıcıl mövqeyinin olmadığını göstərir.

Bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib.

Vurğulanıb ki, Ermənistan digər suveren ölkənin daxili işlərinə qarışmamalı, özünə aid məsələ ilə məşğul olmalı və bu xüsusda, Ermənistanda Azərbaycan xalqının mədəni irsinin acınacaqlı vəziyyətinin araşdırılması məqsədilə UNESCO missiyasının səfərinə razılıq verməlidir. "Azərbaycana UNESCO missiyası getsin, amma Ermənistana olmaz" yanaşması təkəbbürlü və irqçi mövqedir.