ABŞ-də tornadonun mənfi təsirləri davam edir
Dünya xəbərləri

ABŞ-də tornadonun mənfi təsirləri davam edir

ABŞ-nin Oklahoma ştatında biri uşaq olmaqla 4 nəfər, Ayova ştatında isə bir nəfər tornado səbəbindən həyatını itirib. Ümumilikdə, Ayova və Oklahoma ştatlarında ölənlərin sayı 5-ə yüksəlib.

"Respublika" "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Oklahoma ştatında xəstəxanalarda təxminən 100 yaralı var.

Tornadoların təsirlərinin sıx şəkildə hiss olunduğu Oklahoma Sitidən cənubda 5 minə yaxın əhalisi olan Luiziana şəhərində isə təxminən 30 nəfər yaralanıb. Ağ Ev rəsmiləri ABŞ prezidenti Co Baydenin Oklahoma qubernatoru Kevin Stitt ilə görüşdüyünü və federal hökumətin dəstəyini çatdırdığını açıqlayıb. Tornadoların vurduğu zərərin müəyyən edilməsi üçün rəsmi qiymətləndirmələr davam edir.

Qeyd edək ki, Oklahoma qubernatoru Stitt əlverişsiz hava şəraiti ilə əlaqədar dünən ştatın 12 bölgəsində "fövqəladə vəziyyət" elan edib.