Avstraliyanın qərbində balinalar sahilə vurub
Dünya xəbərləri

Avstraliyanın qərbində balinalar sahilə vurub

Avstraliyanın qərbində sahilə çıxan 160-a yaxın uzun üzgəcli qrind balinalarından 26-sı tələf olub. 

"Respublika" "TRT Haber"ə istinadən xəbər verir ki, səlahiyyətlilər ehtimal edir ki, zərif maili, qumlu çimərliklər balinaları azdırıb və onların sahilə çıxmasına səbəb olub.

Səlahiyyətlilər, balinaların qatil balina kimi yırtıcılardan qaçması və ya xəstə bir sürü başçısını sahilə qədər izləməsinin də onların sahilə çıxma səbəbi ola biləcəyini ifadə edərək, insanların yaratdığı sualtı səs-küyün balinaların yollarını tapmasına mane ola biləcəyi ehtimalına da diqqət çəkib.