Litva Prezidenti:
Dünya xəbərləri

Litva Prezidenti: "NATO Rusiya ilə sərhəddə bazalar yaratmalıdır" 

Artıq NATO-nun1997-ci ildə Rusiya ilə imzalanmış münasibətlər və əməkdaşlıq haqqında fundamental aktı etibarsız saymasının və Rusiya sərhədləri yaxınlığında daimi hərbi bazalar yaratmasının zamanı gəlib

“Respublika” xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda “The Times” qəzetinə müsahibəsində deyib. 

"Rusiya Belarusda fəal şəkildə taktiki nüvə silahı yerləşdirəndə və bunun baş verdiyinə dair bütün sübutlarımız olduqda, biz artıq Rusiya ilə NATO arasındakı aktın ölü olduğunu qəbul etməliyik”, - deyə Litva Prezidenti nəşrə açıqlamasında bildirib. 

Dövlət başçısı qeyd edib ki, Litva artıq Rusiyadan gələn nüvə təhdidlərinə öyrəşib, çünki onları daim eşidir. O vurğulayıb ki, Rusiya Ukraynada xüsusi hərbi əməliyyatlara başlayandan sonra alyans üzvləri müdafiə xərclərinin artırılmasının zəruriliyini dərk ediblər. Bununla yanaşı, Gitanas Nauseda etiraf edib ki, o, bu keçid dövrünün çox uzanacağından ehtiyat edir, çünki vəziyyət sabit deyil. 

Nəzrin ELDARQIZI, 

“Respublika”.