“Sabahın alimləri” müsabiqəsində Şəki-Zaqatala bölgəsinin 6 məktəblisi uğur qazanıb
Elm və təhsil

“Sabahın alimləri” müsabiqəsində Şəki-Zaqatala bölgəsinin 6 məktəblisi uğur qazanıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 6 şagirdi “Sabahın alimləri” XIII respublika müsabiqəsində uğur ədə ediblər.

Bu barədə "Respublika"ya Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, müsabiqədə Zaqatala şəhər akademik Zərifə Əliyeva adına texniki təmayüllü liseyin X sinif şagirdi Hacı Hacıyev və Zaqatala rayonu Əliabad qəsəbə 4 nömrəli tam orta məktəbin X sinif şagirdi Əlibali Əlibəyov birinci yeri tutaraq qızıl medala layiq görülüblər. Bundan əlavə, Balakən şəhər Nizami adına 1 nömrəli tam orta məktəbin IX sinif şagirdləri Ədibə Abbaslı və Şamil Muqumov, Qəbələ rayonunun Tüntül kənd tam orta məktəbinin X sinif şagirdləri Gülsu Mustafayeva və Rüstəm Fərziyev respublika müssabiqəsində ikinci yer tutaraq gümüş medal qazanıblar. Şəki şəhər kimya biologiya təmayüllü liseyin XI sinif şagirdi Dəniz Məmmədzadə həvəsləndirici mükafatla, X sinif şagirdi Səbinə Ziyəddinova isə sertifikatla təltif olunublar.