UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur
İdman

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları baş tutacaq.

"Respublika" xəbər verir ki, günün ən maraqla gözlənilən görüşlərindən biri İtaliyada baş tutacaq. Bu ölkənin iki komandası – “Roma” və “Milan”ın üz-üzə gələcəyi görüş saat 23:00-da start götürəcək. İlk matçda paytaxt klubu 1:0 hesabı ilə qalib gəlib.

İtaliyanın digər təmsilçisi “Atalanta” İngiltərədə məğlub etdiyi (3:0) “Liverpul”u bu dəfə doğma meydanda qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

1/4 finalın digər oyunları

23:00. “Vest Hem” (İngiltərə) – “Bayer 04” (Almaniya)

İlk oyun - 0:2.

23:00. Marsel” (Fransa) – Benfika” (Portuqaliya)

İlk oyun - 1:2.