Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən “Neftçi” futbol klubu bu gün ilk yoxlama oyununa çıxacaq.
Klubdan "Respublika"ya verilən məlumata görə, "ağ-qaralar" 1-ci liqa təmsilçisi "Ərzurumspor"la qarşılaşacaq.
Bakı vaxtilə saat 18:00-da start götürəcək oyun "Qloria Sport Arena"da keçiriləcək.
Qeyd edək ki, Miodraq Bojoviçin rəhbərlik etdiyi komanda yanvarın 14-dək Antalyada hazırlıqlarını davam etdirəcək.