Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoydan
Məktublar

Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoydan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Seçkilərdə böyük uğurunuz və Azərbaycan Respublikası Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Siz iyirmi il bundan əvvəl öz xalqınıza Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyinizə söz vermişdiniz və bu vədi tam yerinə yetirdiniz.

Bu gün Azərbaycan dünya birliyində mühüm rol oynayır. Bu xüsusda ölkələrimizin strateji tərəfdaşlıq münasibətləri daha dəyərlidir.

Həqiqətən də Sizin üçün, Azərbaycan üçün çox sevinirəm. Atanız Sizinlə fəxr edərdi. Bundan yüksək nə ola bilər?!

Sizə ən xoş diləklərimi çatdırıram.

Səmimiyyətlə Sizin,

Mixail ŞVIDKOY,

Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi.