Cənub bölgəsində mədəniyyət işçilərinin vaxtaşırı şəhid ailələrinə baş çəkməsi, onlara mənəvi dayaq durması artıq ənənə halını almışdır. Yenidən Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov bir qrup mədəniyyət işçisi şəhid ailələrini ziyarət ediblər.
Ziyarət zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun Vətən müharibəsində düşmən üzərində şanlı qələbəsindən danışılıb, şəhidlərin şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan qürurla söhbət açılıb. Bildirilib ki, şəhidlərin ömür yolları nə qədər qısa olsa da, onlar Vətən uğrunda canlarını fəda etməklə gələcək nəsillər üçün örnək olacaq yeni bir tarix yazıblar. Məhz buna gərə də ölümü xalqına, millətinə başucalığı olan Vətən şəhidləri ürəklərdə yaşamaqla, heç zaman unudulmazlar.
Həmçinin Görüşdə şəhid ailələrinə, müharibə veteranlarına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib, onlara ərzaq sovqatları təqdim olunub.
Şəhid ailələri diqqət və qayğıya görə ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban xanım Əliyevadan razı qaldıqlarını ifadə ediblər.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.