DAHİLƏRİ BİR DƏ BELƏ TANIYAQ!
Maraqlı

DAHİLƏRİ BİR DƏ BELƏ TANIYAQ!

Asəf Zeynallı

Elə bir insan yoxdur kionun musiqisinə biganə qala bilsin. Çünki bu musiqi xalq musiqisi qədər qəlbə yaxındır. Təkcə "Ölkəm" romansı onun bütün dünyada  sevilməsi daim xatırlanması üçün kifayət edir. Cəmi 23 il ömür sürməsinə baxmayaraq, o, Azərbaycan musiqi xəzinəsinə dəyərli incilər bəxş edə bilib. Söhbət milli musiqi sənətimizdə əvəzsiz xidmətləri olmuş Asəf Zeynallıdan gedir... Ermənilər tərəfindən  zəhərləndiyi güman edilən, son əsərini xəstəxana divarına yazan bu bəstəkarımızın ölüm səbəbi vəsiyyətinə əməl olunmaması hələ müəmmalı olaraq qalır...

Asəf Zeynallı  Dərbənddə kasıb bir bağban ailəsində dünyaya göz açıb. Ailədə üçüncü övlad sonbeşik olan Asəf atasını hələ bir yaşı olanda itirir. Ailənin bütün ağırlığı ananın üzərinə düşür. O, işdən yorğun qayıtsa da, uşaqlarını başına yığar, qarmon çalardı. Beləcə, musiqi Asəfin həyatına ürəyinə daxil olurdu.

İlk təhsilini Bakı musiqi texnikumunda alan bəstəkar Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirib. Təhsil aldığı illərdə Üzeyir Hacıbəylinin məşğələlərini hər dəfə böyük səbirsizliklə gözləyən Asəf Zeynallının yaradıcılığında dahi bəstəkarın böyük rolu olub. Üzeyir bəydən xalq musiqisinin əsaslarını öyrənən Asəf sonralar Azərbaycanın ən uzaq guşələrinə gedərək xalq mahnılarını toplayır. Cəfər Cabbarlı ilə möhkəm dost olan dahi bəstəkar hətta onun tamaşalarının musiqi tərtibatını verib. Deyirlər, Asəf öləndə Cəfər Cabbarlı o qədər sarsılıbmış ki, üç gün dilinə çay-çörək dəyməyib.

Deyilənlərə görə, Asəf Zeynallı ilə pianoçu Kövkəb xanım Səfərəliyeva bir-birilərini seviblər. Onlar bir sinifdə təhsil alıblar. Hətta Asəf hər dəfə  sinfə girəndə Kövkəb ağlayırmış. Buna görə Asəfin anası onu Kövkəb olan sinifdən çıxardır. Kövkəb xanımın da heç vaxt ərə getməməsi onların bir-birini sevdiyini düşünməyə müəyyən əsaslar verir. Lakin ailə üzvlərinin sözlərinə görə, Asəf Leninqradda milliyyətcə yarı alman, yarı rus olan bir qızı sevirmiş. Onlar tez-tez məktublaşırmışlar...

Bir dəfə Asəf Zeynallı Bülbüllə birlikdə xalq musiqilərini toplamaq üçün Qarabağa ezam olunur. O, getmək istəmir, qalıb başladığı əsəri bitirmək istəyir, lakin sözünü dinləyən olmur. Səfər zamanı orada ağır xəstələnir. Qarın yatalağına tutulan bəstəkar müalicə almaq üçün Bakıya qayıdırXəstəxanada ikən ölümünün yaxınlaşdığını hiss edən Zeynallı qardaşına deyir: "Bu, mənim simfoniyamdır. Öləcəyimi bilirəm. O əsəri divardan kağıza köçürün, qoymayın divarda qalsın". Qısa müddətdən sonra 23 yaşlı gənc bəstəkar gözlərini əbədi yumur. Lakin onun vəsiyyəti çox təəssüf ki, yerinə yetirilmir. Səbəbi isə bu günə kimi müəmma olaraq qalır. Bəzi mənbələrdə bu əsərin "Bakı" simfoniyası olduğu bildirilir...

Deyilənə görə, onun ölümündə ermənilərin əli olub. Bu barədə Asəf Zeynallının yazdığı məktub da var. Həmin məktubda o, ermənilərdən şikayətlənir. Ermənilər onu "şovinist" adlandıraraq, bəhanə gətirirlər ki, guya, o dərs deyərkən türk, yəni azərbaycanlı şagirdlərə - onların arasında Tofiq Quliyev, Qara Qarayev olub - daha çox diqqət ayırır, ermənilərə yox.

Belə güman edilir ki, Asəf Zeynallı ezamiyyətdə olanda ona bir stəkan su verirlər. O, sudan bir qurtum içəndə deyir ki, su xoşuma gəlmir, yanından kimsə təkid edir ki, , heç olmaz, buranın suyu belədir. Həmin suyu içəndən sonra halı dəyişir. Bakıya gəlib xəstəxanaya düşür. Əlavə söz-söhbət olmaması üçün ailəsinə deyirlər ki, qarın yatalağından ölüb...

 

Klod Mone

"Rənglər həm sevincim, həm əzablarımdır". Belə deyərdi  impressionizmin banilərindən olan ustad rəssam Klod Mone... Daim məktəbdən qaçan, yalnız arvadının portretini çəkən, 50  adamın dəfn etdiyi dahi fransız rəssamı...

Oskar Klod Mone  Parisdə dünyaya gəlib. 5 yaşı olanda ailəsi Normandiya sahilindəki kiçik Qavr şəhərinə köçür. Atası baqqal idi, istəyirdi oğlu da onun sənətini davam etdirsin. Hərçənd Kloda çox da güvənmir, ümumiyyətlə, onu anlamaqda çətinlik çəkirdi. Oğlanın qəribə xasiyyəti vardı. Bəzən çox höcət kobud olur, bəzən isə öz aləminə qapanıb saatlarla dinib-danışmırdı. Bununla belə, dostları onu çox sevirdi.

Hələ kiçik yaşlarından hamı kimi, ümumi qaydalara uyğun yaşamaq istəmirdi. Daxilən azad bir insan olan Kloda məktəb həbsxana kimi görünürdü. Məktəbi heç sevməyən rəssam təbiətlə təmasa daha çox can atır tez-tez dərsdən qaçırdı. Məktəbdə olduğu zamanlarda isə dərs oxumur, fürsətdən istifadə edib müəllimlərinin karikaturalarını çəkirdi... Onun bu əyləncəli vərdişi yoldaşlarının xoşuna gəlirdi.

Beləcə, Klodun karikaturalar çəkməyə başı elə qarışır ki, özü fərqinə varmadan əməlli-başlı püxtələşir. Artıq 15 yaşında onu Qavrda məşhur karikaturaçı kimi tanıyırdılar. Sifarişçilərin sayı isə gün-gündən artırdı. Klod tezliklə anlayır ki, bu işdən hətta gəlir əldə etmək olar. O, hər karikaturaya görə 20 frank alırdı.

İki dəfə ailə həyatı quran  rəssamın birinci xanımı  Kamilla vərəm xəstəliyindən vəfat edib. Bu izdivacdan onun iki oğlu dünyaya gəlib. Daha sonra isə o, Alisa adlı qadınla evlənib. Klod yaradıcılığı boyunca ən çox sevdiyi xanımı Kamillanın  portretini çəkib   bu portret ona digər əsərlərindən daha çox şöhrət gətirib. Deyilənlərə görə, rəssamın çəkdiyi bütün qadın portretlərində Kamilla təsvir olunub.

72 yaşında ikən  gözlərində katarakta xəstəliyi aşkar olunan rəssam, iki dəfə əməliyyat edilib. Gözləri açılsa da, hər şeyi mavi bənövşəyi çalarlarda görüb. Dünya onun üçün yalnız bu iki rəngdən ibarət idi. Lakin buna baxmayaraq, rəssam fırçasını yerə qoymur onun yaradıcılığında yeni bir səhifə açılır. Ömrünün son illərində çəkdiyi rəsmlərdə mavi bənövşəyi rənglər dominantlıq edir, amma rəssam yenə öz üslubuna sadiq qalır.

86 yaşında ağciyər xərçəngindən dünyasını dəyişən rəssam  vəsiyyət etmişdi ki, dəfn mərasimi mümkün qədər sadə keçsin, ona görə dahi rəssamla vida mərasimində cəmi əlli adam iştirak edib...

 

Şarl Pyer Bodler

Klassik fransız dünya ədəbiyyatının ən istedadlı şairlərindən tənqidçilərindən, simvolizmin banilərindən biri Şarl Pyer Bodler... Heç vaxt evlənməyən, anasına görə ağdərili qadınlarla görüşməyən bu şairi ən məşhur əsərinə görə şeytana səcdə edən şair adlandırırdılar...

Şarl Bodler Paris şəhərində dünyaya göz açıb. O, dünyaya gələndə atası Fransua Bodlerin 62, anasının isə 27 yaşı vardı. F.Bodler rəssamlıqla məşğul olduğu üçün oğlunu muzey qalereyalara aparır, rəssam dostları ilə tanış edərək onda da incəsənətə, rəssamlığa qarşı həvəs yaradır. Uşaq ikən şiddətli melanxoliya əlamətləri müşahidə olunan şairin təəccüb doğuran davranışı, tənbəlliyi  müəllimlərin diqqətindən yayınmayıb. Altı yaşında atasını itirən Şarlın bütün həyatına yaradıcılığına təsir edən hadisə isə anasının ona "xəyanəti" - ərinin vəfatından bir il sonra general Osiplə ailə qurması olur. Bu evlilik onun bütün həyatında yaradıcılığında öz mənfi təsirini göstərir. Atalığının işi ilə əlaqədar bir neçə dəfə şəhər dəyişməkləri Şarlın pansionda anasından uzaqda yaşaması onda atalığına qarşı olan nifrəti, anasına incikliyini hirsini bir az da artırır.

Bodler anası ilə heç yola getmirdi. Bu, sevgi ilə nifrətin qarışığından ibarət olan, fırtınalı, dağıdıcı münasibətlər idi. Deyilənə görə, Bodler ağdərili qadınlarla birlikdə olmurdu, sevgililərini həmişə qaradərili qadınlardan seçirdi. Ağdərili qadınlar ona anasını xatırlatdığı üçün... Həyatı anasından borc istəməklə keçib. Hətta anası pulu düzgün istifadə etmədiyinə görə onu məhkəməyə veribmiş...

Onun ən məşhur əsəri  qalmaqallı "Şər çiçəkləri" adlı şeirlər toplusudur. Bu kitab Avropa modernizminin başlanğıcı hesab edilir. Cəmiyyətdə böyük narazılığa səbəb olan bu kitabdakı şeirlərə görə hətta şair məhkəməyə cəlb olunub. Bodler: "Şairi şeirinə görə  mühakimə etmək aktyoru oynadığı rolda törətdiyi cinayətə görə cəzalandırmağa bərabərdir", - deyərək cavab verib.

Psixotrop maddələrdən yazanlar arasında həşişin insan orqanizminə təsirini ən düzgün təsvir edənlərdən biri Bodlerdir. Həşişdən yalnız bir ya iki dəfə eksperiment məqsədilə istifadə edən Bodler təcrübələrini yazdığı üç məqalədən ibarət "Süni cənnət" toplusunu çap etdirib. Şair bir müddət tiryəkdən istifadə etsə , qısa vaxtdan sonra bu vərdişini tərgidib.

Həyatı boyu heç vaxt evlənməyən  şair ömrünün sonlarına yaxın Brüsseldə yaşayır orada olarkən ağır xəstələnir. Kilsədə yıxılması vəziyyətinin pisləşməsinə səbəb olur. O, xəstəliyi geniş şəkildə təsvir edərək iflicin bütün əlamətlərini keçirdiyi hissləri yazsa da, sifilis (zöhrəvi xəstəlik) olduğu barəsində heç demir. Anası onu Parisə aparıb müalicəsini orada davam etdirir. Lakin şair 46 yaşında vəfat edir. Ən maraqlısı isə odur ki, Bodler bütün həyatı boyu nifrət etdiyi, onu anasından ayırdığına inandığı insanla - atalığı Osiplə yanaşı dəfn olunur...

                                                                 Hazırladı:

                                                  Elenora HƏSƏNOVA,

                                                           "Respublika".