4 may

Azərbaycanda olan hadisələr

1994 – Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulub.

2014 – Bakıda 2014 Taekvando üzrə Avropa Çempionatının açılışı olub.

2018 – Azərbaycanın görkəmli teatr və kino aktyoru,[2] lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, Azərbaycan SSR xalq artisti (1987) Fuad Poladov 69 yaşında vəfat edib (d. 1948).


Dünyada olan hadisələr

1113 – Vladimir Monomax Kiyev taxtına çıxıb.

1715 – Parisdə ilk qatlanan çətir istehsal edilib.

1776 – Rod-Aylend adasının (indi ABŞ ştatı) müstəqilliyi elan edilib.

1783 – İngilis astronomu Uilyam Herşel Ayda qırmızı parıltı görüb.

1807 – Fransa və Fars arasında Finkenşteyn müqaviləsi imzalanıb və bu, İngiltərə və Rusiyaya qarşı Fransa-Fars İttifaqının başlanğıcını olub.

1814 – I Napoleon Elba adasının Portoferraio qəsəbəsinə gəldi və onun sürgün həyatı başlayıb.

1852 – İmam Şamilin öz dəstəsi ilə rusların tərəfinə keçəndən naiblərindən biri olan Hacı Murad mühafizəçiləri öldürərək dağlara qaçıb. Ertəsi gün Oncalı (indiki Azərbaycan ərazisi) kəndi yaxınlığında kazaklarla atışmada şəhid olub. Hacı Muradın başı indi də Sankt-Peterburqdakı “Kunstkamerada” saxlanılır.

1865 – Abraham Linkoln öldürüldükdən üç həftə sonra İllinoys ştatının Springfild şəhərində dəfn edilib.

1878 – Tomas Alva Edison opera teatrında ilk dəfə ixtira etdiyi fonoqrafı ictimaiyyətə nümayiş etdirib.

1896 – Londonda “Daily Mail”-in ilk nömrəsi nəşr olunub.

1904 – İngiltərədə Henry Royce və Charles Rolls "Rolls-Royce" adlı avtomobili istehsal etməyə başlayıbılar.

1904 – Panama kanalının tikintisinə başlanılıb.

1912 – İtaliya Rodosu işğal edib.

1919 – Pekində 4 May Hərəkatının başlanğıcını qoyan tələbə etirazı keçirilib.

1919 – Latviya Rəssamlıq Akademiyası yaradıldı.

1927 – ABŞ-da tezliklə Oskar film mükafatını təsis edəcək Kino Sənətləri Akademiyası yaradılıb.

1930 – Mahatma Qandi ingilislər tərəfindən həbs olunub.

1931 – Mustafa Kamal Atatürk üçüncü dəfə prezident seçilib.

1932 – Al Capone vergidən yayındığı üçün Atlantada həbs edilib.

1953 – Ernest Heminquey "Qoca və dəniz" əsərinə görə Pulitser mükafatını qazanıb.

1960 – SSRİ Nazirlər Soveti "Qiymətlərin miqyasının dəyişdirilməsi və tədavüldə olan pulların yeni pullarla əvəz edilməsi haqqında" qərar qəbul edib, buna uyğun olaraq 1961-ci il yanvarın 1-dən qiymətlərin 10 dəfə aşağı salınması (denominasiya) və on "köhnəyə" bərabər tutulan "yeni" rublun tətbiqinə başlanılıb.

1970 – Kent faciəsi. Amerikanın Kent şəhərinin Universitetində Milli Qvardiya ABŞ-ın Kambocaya təcavüzünə qarşı tələbələrin nümayişinə atəş açıb (4 tələbə həlak olub).

1970 – Ukrayna SSR Ali Sovetinin fərmanı ilə Luqansk şəhəri Sovet hərbi lideri Kliment Yefremoviç Voroşilovun şərəfinə Voroşilovoqrad adlandırılıb.

1979 – Marqaret Tetçer Britaniyanın ilk qadın baş naziri olub.

1986 – Çernobıl ətrafındakı evakuasiya zonası 30 kilometrə qədər artırılıb.

1990 – Latviya SSR Ali Soveti Latviyanın Sovet İttifaqının tərkibinə daxil olmasını qəti şəkildə pisləyib və Latviya Respublikasının müstəqilliyinin bərpa olunduğunu elan edib.

1994 – Avropa Parlamentinin üzvləri 1995-ci il yanvarın 1-dən Finlandiya, Norveç, Avstriya və İsveçin Avropa İttifaqına tamhüquqlu üzvlüyünə səs veriblər.

1995 – Ekvadorda təyyarə qəzası nəticəsində Argentinanın ən böyük neft şirkəti YPF-nin prezidenti Xose Estensoro həlak olub.

1997 – İraqdan Avropa ölkələrinə gedən 25 nəfəri daşıyan iki qayıq Egey dənizində batıb. 17 nəfər suda boğulub, 7 nəfər itkin düşüb.

1998 – Vatikanda vəzifəyə gəldikdən bir neçə saat sonra Papa İsveçrə Qvardiyasının 31-ci komandiri Alois Estermann və həyat yoldaşı müəmmalı şəraitdə güllələnib.

2000 – 1912-ci ildə batan Titanikdən olan əşyalar “Sotbis” auksionunda 60.000 dollara satılıb.

2002 – Kanoda (Nigeriya) BAC 1-11 təyyarəsinin qəzaya uğraması nəticəsindəı 149 nəfər ölüb.

2009 – Türkiyədə Bilgə Köyü Soyqırımı: Mardinin Mazıdağı rayonunun Bilgə kəndində keçirilən toy zamanı toyda olanlar terrorçular tərəfindən atəşə tutulub. Hücumda 3-ü hamilə qadın, 6-sı uşaq olmaqla, ümumilikdə 44 nəfər ölüb.


Bayramlar və xüsusi günlər

  • Zambiyada Əmək Günü.
  • Çində Gənclər Günü.
  • Latviyanın Müstəqillik Gününün Bərpası.
  • Hollandiyada II Dünya Müharibəsində həlak olanların Xatirə Günü.

Doğumlar

1006 – Abdullah əl-Ənsari, Böyük Səlcuq İmperiyasının məşhur təsəvvuf alimi  (ö. 1089).

1654 – Kanxi, Mançu Qing sülaləsindən dördüncü Çin imperatoru (1661-1722) (ö. 1722).

1655 – Bartolomeo Cristofori, italyan musiqi aləti ustası, fortepiano ixtiraçısı (ö. 1731).

1772 – Fridrix Arnold Brokhaus, alman naşiri, ensiklopedik nəşriyyatın yaradıcısı (ö. 1823).

1776 – İohann Fridrix Herbart, alman filosofu, psixoloqu və pedaqoqu, formal estetikanın banisi (ö. 1841).

1777 – Lui Jak Tenard, fransız kimyaçısı  (ö. 1857).

1852 – Elis Liddell, ingilis yazıçısı Lyuis Kerrollun nağıllarından Alisanın prototipi (ö. 1934).

1862 – Əlimərdan bəy Topçubaşov, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri, Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci xarici işlər və portfelsiz naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, Ümumrusiya Müəssislər Məclisinin üzvü, Bakı Müsəlman İctimai Təşkilatları Şurası İcraiyyə Komitəsinin sədri, Nicat Cəmiyyətinin sədri, Rusiya imperiyası I Dövlət Dumasında Müsəlman fraksiyasının sədri, Rusiya imperiyası I Dövlət Dumasının üzvü, İttifaqi-Müslimin Partiyasının sədri, Bakı Şəhər İdarəsinin rəisi, Bakı Şəhər Dumasının üzvü, Kaspi qəzetinin baş redaktoru (ö. 1934).

1928 – Hüsnü Mübarək, Misirin hərbi və siyasi lideri, Misir prezidenti (1981-2011) (ö. 2020).

1983 – Michael Rösch, Alman-Belçika biatlonçusu, Olimpiya çempionu (2006), üçqat dünya çempionu.

1987 – Sesk Fabreqas, ispaniyalı futbolçu, dünya çempionu (2010) və Avropa çempionu (2008, 2012).

1989 – Arəstə Baxışova, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu və hərbi feldşeri, Vətən müharibəsinin şəhidi (23 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub).

1989 – Daniel Dyurta, macar üzgüçü, Olimpiya çempionu (2012), üçqat dünya çempionu, BOK-un üzvü.