“Turkic States”: Bakıda “Türk Dövlətləri İqtisadi Forumu-2024” keçirilib
Diaspora

“Turkic States”: Bakıda “Türk Dövlətləri İqtisadi Forumu-2024” keçirilib

Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Dr.Ömər Kocaman 2 may 2024-cü il tarixində Bakıda keçirilən “Türk Dövlətləri İqtisadi Forumu 2024”də videomüraciətlə çıxış edib.

Bu barədə “Turkic States” xəbər saytı məlumat yayıb. O, “Türk Dövlətləri İqtisadi Forumu”nun OTS (Türk Dövlətləri Təşkilatı) regionunda iqtisadi əməkdaşlığın və innovasiyaların təşviqi üçün mühüm platforma olduğunu bildirib.

Ticarətin inkişafı, investisiyaların və texnologiyanın təşviqi baxımından Türkiyə bölgəsinin yüksək potensialına diqqətçəkən Ö.Kocaman iqtisadi əməkdaşlıq sahəsində OTS-in əsas təşəbbüslərini, xüsusilə ticarətin asanlaşdırılması, investisiyaların və sənayenin inkişafının təşviqi, OTS ölkələrində iqtisadiyyatın rəqəmsallaşdırılmasını müzakirə edib. O, həmçinin regionun tam iqtisadi potensialını üzə çıxarmaq məqsədilə təşkilatın üzvü olan ölkələr arasında əməkdaşlığın gələcək perspektivlərini açıqlayıb.

Röya RÜSTƏMLİ,

“Respublika”.