DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏDƏ RAKET FABRİKİNDƏ YANĞIN BAŞ VERİB

Türkiyənin paytaxtı Ankara şəhərinin Almadağ bölgəsində yerləşən raket onlar üçün sursat istehsal edən fabrikdə baş verən yanğın nəticəsində 5 nəfər həlak olub. “Reportagentliyinin xəbərinə görə, bu barədə məlumatıHurriyetqəzeti yayıb.

Məlumata əsasən, yanğından tüstüləmədən əvvəl fabrikdə partlayış səsləri eşidilib.

Hadisə yerinə xilasedicilər, yanğınsöndürənlər, təcili tibbi yardım heyəti polis əməkdaşları cəlb olunub. Yanğının səbəbləri şəraiti araşdırılır.

Baş verən insidentlə bağlı Ankara valisi Vasif Şahinin müvafiq bəyanatında deyilir: “İlkin qiymətləndirməyə görə, iyunun 10-da səhər saat 8:45 radələrində Almadağdakı fabrikimizdə kimyəvi reaksiya nəticəsində partlayış baş verib. Orada çalışan 5 işçimiz dünyasını dəyişib. Partlayışa səbəb kimyəvi reaksiyanın olduğuna dair fikirlər var, lakin bunu prokurorlarımız araşdıracaq”.

 

ABŞ SENATI ÇİNLƏ BAĞLI QANUN LAYİHƏSİNİ TƏSDİQLƏYİB

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi dövlət rəsmilərindən Çinin inkişaf etməkdə olan ölkə statusunun beynəlxalq təşkilatlardan razılaşmalardan çıxarmağa çalışmalarını tələb edən qanun layihəsini təsdiqləyib. “TASSagentliyinin xəbərinə görə, bu barədə komitənin mətbuat xidmətindən məlumat verilib.

Sənədə əsasən, Vaşinqton administrasiyasıABŞ-ın iştirakçısı olduğu hər hansı müqavilə ya beynəlxalq sazişlərdə Çinin inkişaf etməkdə olan dövlət kimi göstərilməsinə qarşı çıxmalıdır”.

Eyni zamanda, qanun layihəsi ABŞ hakimiyyətini Birləşmiş Ştatların üzv olduğu bütün beynəlxalq təşkilatlarda Çini inkişaf etməkdə olan dövlət kimi təyin etməsinə ya ona münasibət bildirməsinə qarşı tədbirlər görməyə istiqamətləndirir.

Bununla yanaşı, təşəbbüs müəlliflərinin fikrincə, ABŞ beynəlxalq təşkilatlardan tələb etməlidir ki, Çiniyuxarı orta gəlirli ölkə, yüksək gəlir səviyyəsi olan ölkə ya inkişaf etmiş dövlətkimi təsnif etsin. Qanunvericilərin sözlərinə görə, bu cəhdlərin uğurlu olub-olmamasından asılı olmayaraq, ABŞ Çininimtiyazlı rejimdən istifadə etməməsini inkişaf etməkdə olan ölkə statusuna görə təşkilati yardımalmamasını təmin etməlidir.

 

QƏZAYA UĞRAMIŞ TƏYYARƏDƏKİ UŞAQLAR 40 GÜN SONRA SAĞ TAPILDI

Kolumbiyada may ayında qəzaya uğramışCessna 206” təyyarəsində olan 4 uşaq sağ tapılıb. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədə Kolumbiya prezidenti Qustavo Petro özünün “Twitterhesabında qeyd edib.

Bütün ölkə üçün sevinc dolu hadisə! 40 gün əvvəl Kolumbiya cəngəlliyində itən 4 uşaq sağ tapıldı”, - deyə dövlət başçısıtvitindəvurğulayıb.

KolumbiyanınTiempoqəzeti sağ tapılan uşaqların cəngəllikdə susuz qaldığını həşərat dişləmələrindən əziyyət çəkdikləri barədə xəbər verib. Azyaşlılar helikopterlə hərbi hospitala aparılıb onlara tibbi yardım göstərilib.

Məlumata əsasən, uşaqların ən böyüyünün 13 yaşı, qalanlarının isə doqquz, dörd bir yaşı var.

Xatırladaq ki, təyyarə qəzaya mayın 1- uğrayıb. Xilasetmə əməliyyatında ümumilikdə 120 xüsusi təyinatlı əsgər 73 mülki şəxs iştirak edib. Təyyarə yalnız 370 saat axtarışdan sonra tapılıb. Hərbçilər həmçinin meşənin kolluqlarında üç yaşlı uşağın meyitini tapıblar. Lakin təyyarədə olan digər uşaqlar həmin anda kabinədə ya yaxınlıqda olmayıblar.

 

İSTANBUL POLİSİ 1 MİLYARD DOLLAR saxta Əskinası MÜSADİRƏ EDİB

İstanbul polisinə xarici vətəndaşlardan ibarət cinayətkar şəbəkənin Afrika ölkələrinə saxta dollar əskinasları göndərməyə hazırlaşdığı barədə məlumat daxil olub.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlilərin Kağıthanə rayonunda yerləşən anbara tez-tez girib-çıxdıqlarını, həmçinin ora qutular daşıdıqlarını müəyyən ediblər.

Teleqraf.comun verdiyi xəbərə görə, polislərin keçirdiyi əməliyyat zamanı 3 İsveç, 1 İngiltərə, 1 Qana 1 Türkiyə vətəndaşı saxlanılıb. Anbardan 10 milyon ədəd 100 dollarlıq əskinas müsadirə edilib.

Həbs edilənlərin Şişli rayonunda yerləşən villalarında da axtarışlar aparılıb. Axtarış zamanı qızıl-zinət əşyaları külli miqdarda pul müsadirə edilib.

Verilən xəbərə görə, saxlanılanların vətəndaşı olduğu ölkələrin konsulluqları istintaqla bağlı məlumatlandırılıb.

Türkiyə mətbuatının məlumatına görə, bu, ölkə tarixində eyni anda müsadirə edilən ən çox saxta pul kütləsidir.

 

UKRAYNA ORDUSU BAXMUT ƏTRAFINDA İRƏLİLƏMƏYƏ DAVAM EDİR

Ukrayna silahlı qüvvələri Baxmut ətrafında, eləcə Donetsk Zaporojye vilayətlərinin müxtəlif istiqamətlərində irəliləyirlər.  “UNIANagentliyinin xəbərinə görə, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutundan bildirilib.

Məlumata əsasən, Ukrayna Silahlı Qüvvələri Kremennaya bölgəsində rəqibin məhdud lokallaşdırılmış quru hücumlarını dəf edib. Eyni zamanda, Ukrayna qoşunları Baxmut yaxınlığında davam edən hücum əməliyyatları zamanı 1,2 kilometr irəliləyib.

Açıqlamaya görə, Ukraynanın müdafiə qüvvələri Donetsk vilayətinin qərbində Donetsk Zaporojye vilayətləri arasındakı sərhəd yaxınlığında məhdud əks-hücum əməliyyatlarını davam etdirib bu ərazilərdə taktiki uğur qazanıb.

Eyni zamanda, Müharibə Araşdırmaları İnstitutu qeyd edib ki, Ukrayna rəsmiləri açıq şəkildə etiraf ediblər ki, ordu əks-hücum əməliyyatları zamanı texnika itkisi ilə üzləşir.

 

DONALD TRAMPA QARŞI 400 İLLİK HƏBSİ NƏZƏRDƏ TUTAN İTTİHAMLAR

ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı 400 illik həbsi nəzərdə tutan ittihamlar irəli sürülüb. “Reportun məlumatına görə, Florida Cənub Dairə Məhkəməsinin ittiham aktına əsasən, ABŞ hakimiyyəti keçmiş prezident Donald Tramp onun köməkçisi Uolt Nautanı 38 məxfi sənədi qanunsuz saxlamaqda ittiham edib.

Eyni zamanda, ittihamnamədə ABŞ administrasiyasının keçmiş rəhbərinə qarşı mümkün cəzaların əlavə siyahısında 37 bənd, onun köməkçisinə qarşı isə 6 bənd göstərilib.

Bununla yanaşı, Donald Trampa qarşı irəli sürülən ittihamlar arasında uzunmüddətli həbs müddəti - ümumilikdə 400 ilə qədər, həmçinin cərimələr əks olunub.

Qeyd olunur ki, Donald Trampa qarşı irəli sürülən ittihamlar dövlət vəzifəsində işləməyə qadağa şəklində sanksiyalar nəzərdə tutmur. Beləliklə, Tramp prezident seçilə bu vəzifəni tuta bilər.

 

COVID-19”DAN SONRA NEVROLOJİ POZĞUNLUĞUN SƏBƏBİ MÜƏYYƏNLƏŞİB

Avstraliyalı tədqiqatçıların yeni araşdırmasıCOVID-19”un uzunmüddətli müalicə kursu ilə mənşəyi naməlum baş ağrıları, dad qoxu itkisi kimi bir sıra nevroloji xəstəliklərin inkişafı arasında əlaqəni müəyyən edib. Bu barədəSputnikinformasiya agentliyi məlumat yayıb.

Alimlərin açıqlamasına əsasən, genişmiqyaslı araşdırma zamanı onlarSARS-CoV-2” virusununbeyin hüceyrələrinin birləşməsinə, bununla da onun işindəki nasazlıqlara xroniki nevroloji pozğunluqların inkişafına səbəb ola biləcəyini aşkar edə biliblər”.

Biz aşkar etdik ki, “COVID-19” alimlər tərəfindən əvvəllər müşahidə olunmayan neyron birləşməsi prosesinə səbəb olur. Neyronlar birləşir ya səhv işləməyə başlayır, ya da tamamilə fəaliyyətini dayandırırlar”, - deyə alimlərin açıqlamasında qeyd olunur.

Alimlər onu da qeyd ediblər ki, “COVID-19”a səbəb olan virus xəstəliyin uzunmüddətli formasını keçirən xəstələrin beyin hüceyrələrində sağaldıqdan bir neçə ay sonra da aşkar edilib onun toxumalara dağıdıcı təsiri dayanmayıb.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.