Kolumbiya sahillərində zəlzələ baş verdi
Dünya xəbərləri

Kolumbiya sahillərində zəlzələ baş verdi

Kolumbiya sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

"Respublika" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri Monteriya şəhərindən 84 kilometr şimal-qərbdə, zəlzələnin ocağı 56 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.