Qanvermə aksiyası
Digər xəbərlər

Qanvermə aksiyası

ADY ailəsi olaraq Mərkəzi Qan Bankı ilə birgə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qanvermə aksiyasına start verilib. Bu haqda “ADY” QSC-nin məlumat xidmətindən bildirilir. Yüzlərlə əməkdaşımız bu nəcib təşəbbüsə qoşularaq irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara növbəti dəfə dəstək oldular. İnfrastruktur departamentində çalışan əməkdaşımız könüllü donor kimi belə aksiyalarda fəal iştirak edirlər. Donorlardan Sevinc Məmmədova deyir ki, sevinirəm, hər dəfə verdiyim qanla bir insan həyatını xilas etmiş oluram. Çox xoşbəxtəm ki, heç tanımadığım insanların həyatda qalması üçün mən də xeyirxah iş görə bilmişəm.

Əli SADIQOV,

“Respublika”.