GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11- Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

NƏSİM CƏFƏRİ

1985-ci ildə Zəngan şəhərində dünyaya göz açıb. Güney Azərbaycanın tanınmış şairi Hüşəng Cəfərinin qızıdır. Nəsim Cəfəri ilk orta məktəbi bitirdikdən sonra təhsilini ədəbiyyat sahəsində davam etdirib. Bu gün "Müqayisəli ədəbiyyat" üzrə doktorantura pilləsində təhsil alır. O, iki dildə (farsca türkcə) yazıb-yaradır. Bəzi əsərləri başqa dillərə, o cümlədən ingilis, alman, fransız, ərəb, kürd İsveç dillərinə tərcümə olunub. Bir sıra şeirləri Anadolu türkcəsinə uyğunlaşdırılıb. Nəsimin bu günə kimi "Güzgü", "Ay calanır", "Bir gözüm şoranlıq, bir gözüm bulaq", "Yakamoz", "Əski çaynikdə demokratiya dəmləmişəm", "Bənövşə oyunudur sevgi", "Dünyanın cibinin yırtığın tikirəm", "Kaktus gözlərində liberal yaşadım", "Anamın "On iki barmaq" yarasıyam", "Arabayla dovşan tutur Tanrı" əsərləri daha geniş yayılıb.

 

Ürəyim

sınıq bir küzə,

Gözlərin

İsa bulağı...

Küzəliyimə tökülmə!

Sınıq küzə su saxlamaz...

Kasa-küzəni

qara bəxtimin başında sındıraram!

 

MEHDİ ƏZİMİ

1986- ildə Təbrizdə dünyaya göz açıb, həmin şəhərdə ilk orta təhsilini bitirib. Bu günə kimi şairin iki şeir toplusu işıq üzü görüb: "Tərlan dərəsi" (2015) "Döyüşdən dönməyən əsgər" (2018). Mehdinin yazdığı şeir qəlibləri dördlük sərbəstdir.

 

İşim deyil səni sevirəm demək,

Gözlərim yaşlanar ürəyim dolar.

Ürəyim özünü yaddan çıxardar,

Gözlərim gözündə özündən olar.

 

Çevrildi üzümə bir-bir silahlar,

Tətiklər birbəbir geri çəkildi.

Bir damla gözümdən axdı toprağa,

Topraqdan mən boyda Vətən tikildi.

 

Buradan dünyaya dönüb baxıram,

Tarixə qaranlıq yoldur gələcək.

Belə düşüncəsiz həyatda axı,

Mənim mənliyimi kim gətirəcək?

 

Röyamda əlləri titrək bir qoca,

Dayanıb çəliyə göylərə baxır.

Önümdə bir uşaq gülür üzümə.

Başımın üstündən bir ulduz axır.

 

 

Folklor xalq həyatının əks-sədasıdır

(əvvəli 19 mart tarixli sayımızda)

Güney mahalında şifahi xalq ədəbiyyatının bir qolu da öcəşmələr sataşmalardır. İki nəfər arasında deyilən qafiyəli söz cümlələrdən təşkil olan öcəşmə sataşmalar Güney Azərbaycan şifahi xalq ədəbiyyatının lap çox boyalı janrlarındandır. Belə ki, öcəşmə sataşmalarda həyatın bütün yönlərindən danışmaq mümkündür onlar şifahi xalq ədəbiyyatının başqa qolları kimi bütünlüklə ata-babaların irsi deyil, yəni hamısı keçmiş dövrlərdən qalmayıb, hətta bəziləri günümüzdə yaranıb el-elat arasında işlənir. Bu tip öcəşmə sataşmalar bəzən saxlanılır, bəzən unudulub gedir. Çünki onlar işlənilən vaxtın ehtiyacı olaraq meydana gəliriki adamın arasında deyilən gündəlik sözlər kimi yaranır. Deməköcəşmə sataşmaların janrı çevrəsi əski çağlardan qalmış olsa da, onun danışığı içinə aldığı  terminlərin bir çoxu günümüzdə meydana gələ bilir. Örnək olaraq, bir adam başqa bir adama öcəşmək sataşmaq  istədikdə, yəni onu ələ salmaq fikrinə düşdükdə, öncə bir sözü ona dedizdirir. Qarşısındakının niyyətindən xəbərsiz olan həmin şəxs istənilən sözü deyir. Həmin sözün deyilməsini gözləyən bu adam da söylədiyi söz ilə qafiyələnən bir atmaca ya öcəşməni ona deyir. Məsələn:

- Deginən  badam.

- Badam.

Badam sözünün deyilməsini gözləyən əvvəlki adam da bu adamın sözünə cavab olaraq deyir:

- Olmadın adam 

ya

- Deginən maral.

- Maral.

- Kül kimi qaral.

Öcəşmə, sataşma atmacalarda söyüş tipli sözlər işlənir. Söyüş anlamı daşıyan sözlər alqışlarda da işlənə bilər, dava-dalaşda barışda, tənqid təhqirdə, hətta öyrətmək prosesində ola bilər:

- deginən bir

- yerə gir.

- beş

- burnunla yeri .

- deginən at

- min, yolla çap.

Lətifələr Güney folklorunun insanlarda gülüş, xoş əhvali-ruhiyyə yaradan, ürəyəyatan janrıdır. Sadə xalq dilində deyilən ilk baxışda gülüşə səbəb olan bu lətifələrdə, əslində elə o gülüşün arxasında gizlənən ironiya, yumor, hətta güclü satira elementləri olur. Orijinallığı ilə seçilən "Özü bəs deyildi, nənəsinə öyrədib" adlı lətifədə deyilir: "Bir gün nənə kiçik oğlunu misgərin yanına aparıb ondan xahiş edir ki, uşağı şagirdliyə götürsün ona da misgərliyi öyrətsin. Usta razılaşır. Lakin bir neçə gündən sonra oğlan işə gəlmir. Oğlanın işə gəlmədiyini görüb narahat olan usta onların qapısına gəlir. Qapını açan qarıdan oğlunun dükana niyə gəlmədiyini soruşur. Nənə onun artıq misgərliyi öyrəndiyini deyir. Bu zaman usta - "Ay balam, bu oğlan tez misgərliyi öyrəşdi?" sualına nənə cavab verir: - "Usta, oğlum deyir ki, misi qoyarsan oda, olar isti, tapdalayarsan olar isti. Dövrəsini bir az qatlayarsan, olar məcməyi, bir az da dərin olsa, olar qablama...".

Nənənin cavabından hirslənən misgər deyir:

- "Özü bəs deyildi, nənəsinə öyrədir".

"Bir gün Molla görür ki, bir qrup insan yerin mərkəzi haqqında mübahisə edir. Yaxınlaşıb məsələni öyrənir. O zaman insanlar mollaya müraciət edirlər ki, ay molla, sən de görək, yerin mərkəzi haradadır? Molla deyir, niyə əsəbiləşirsiniz, elə mən durduğum yerdədir. Camaat təəccüblə ona baxanda Molla deyir, niyə təəccüb edirsiz, inanmırsız, ölçün!..".

Esmira FUAD,

filologiya elmləri doktoru.