GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11- Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

ƏLİ DAŞQIN

1955-ci ildə Ucan-Bostanoba bölgəsinin Xalaç kəndində anadan olub. 5 yaşından etibarən kənddəki dini məktəbə gedib, ilk orta təhsilini isə yeni üsullu məktəbdə alıb. Tam orta təhsilini Təbrizdəki Xətai adına orta məktəbdə davam etdirmək istəsə , 8-ci sinifdə yazdığı "Ana dili" adlı inşa işi onun məktəbdən qovulub Mahabada göndərilməsinə səbəb olub.

Ən böyük arzusu ana dili ədəbiyyatı üzrə ali təhsil almaq olsa da, Əli Daşqın türkcə təhsil verən ali məktəb olmadığından elektronika sahəsində təhsil alıb. İran-İraq müharibəsində iştirak edib, bir neçə dəfə yaralanıb. 1988-ci ildə Təbrizə qayıdıb Şəhriyar ədəbi dərnəyinin yaradıcılarından biri kimi gənc şair yazıçıların yetişməsinə köməklik göstərib.

"Kültür evi"nin yaradılması onun ən böyük xidmətlərindən biridir. Şairin şəxsi vəsaiti hesabına yaranmış "Daşqın KAB" mərkəzi 12 ildir ki, çap, tərcümə, köçürmə-transliterasiya, redaktə yaradıcılıq işləri sahəsində yorulmadan fəaliyyət göstərir.

 Yazarın 12000 səhifəlik (ingilis-türk-fars əksinə) lüğəti, bundan əlavə, 8 cildlik danışıq kitabı, çoxlu sayda elmi-tədqiqat əsərləri çapdan çıxmışdır. O, həmçinin elektronika sahəsində ikicildlik kitabın da müəllifidir.

Əli Daşqının "Çiçək" (uşaq şeirləri), "Ana nisgili" (poema); "Əsir torpaq - Qarabağ" (poema), "Qar çiçəyi", "Səhər ağacı" (antologiya), "Qoşmalar", "Güneydə günüm", "Kölgə", "Kömürü gözlər", "Gönül saksısı", "Zaminim sevgidir", "O da məndim, bu da mənəm" kimi şeir topluları, "Bıçaq sümük", "Sarışın", "Sevgi damosu", "Kor bayquş", "Çöp", "İhanət" adlı romanları çap edilib.

Şairin əsərləri Güney Azərbaycanda olduğu kimi, Quzeydə Türkiyədə böyük oxucu auditoriyasına malikdir.

 

Sən yürü!

Sən yürü öz qurşununun ardınca,

O keçəcək ürəyindən alçağın.

Sən usanma, qayğılanma, əzizim

Ordusu var, əsgəri var o bağın.

 

Sən atəş et, qarı düşmən qaçacaq,

Yalnız  onu yollar da bağışlamaz.

Əllərində körpə qanı darıxır,

Onlar bu il o topraqda qışlamaz.

 

Mavi gözlü sancağını bir öp,

Sənin qiblən Qarabağda Şuşadır.

Qoy zalimlər öz qanında boğulsun,

Alçaq-alçaq yalvarması boşadır.

 

Hadi yürü, gözlərinə dikilib,

Yollar səni qucaqlayır günbəgün.

Araz sənə alqış deyir, Kür dua,

Azad olsun vətən toprağı bütün!..

 

 CABİR LÜTFİ

1958-ci ildə Tehranda dünyaya gəlib. Sonra ailəsi ilə birlikdə ata-baba yurdu Sarab şəhərinə köçüb. İbtidai təhsilini Sarab kəndində alan Cabir Lütfi yeniyetmə çağlarında yenə Tehrana qayıdıb.

Şeirə, ədəbiyyata erkən yaşlarından həvəs göstərsə , o, 2006- ildə Tehranda Həkim Nəbatı ədəbi dərnəyi ilə tanış olduqdan sonra şeir yazmağa başlayıb.

2018-ci ildə təxəllüsünü Sarabın Bozquş dağlarından alan Cabirin ilk şeir toplusu "Əbozquş çiçəkləri" adı ilə nəşr edilib.

Cabir Lütfi Bozquş hazırda Kərəc şəhərində yaşayır.

 

Qarabağda

Düşmən qalacaq cəngdə giryan Qarabağda,

Min can verəcək ölkəmə qurban Qarabağda.

Rus ordusu bir qalacaqdır ayaq altda,

Düşmən olacaq qanına qəltan Qarabağda.

Rus-erməni yalqız qalacaq şaxta-boranda,

Heyrətdə olar erməni peşman Qarabağda.

Ənvər Paşanın qeyrəti cuşə gələcəkdir,

Dünya qalə bu qeyrətə heyran Qarabağda.

Bir Xocalı faciəsi təkrar olunmaz,

Qanə batacaq yırtıcı şeytan Qarabağda.

Yüz il Qarabağ xərtəsinə nəqşə çəkənlər,

Avarə qalıb, xanəsi viran, Qarabağda.

Babək balası başlarınızdan qala tiksə,

Onda alacaq yer-göyü tufan Qarabağda.

Bozquş çalacaqdır zəfər himni, el oyansın,

Məsciddə oxur sovtıla Quran Qarabağda.

 

Folklor xalq həyatının əks-sədasıdır

(əvvəli 19 aprel tarixli sayımızda)

Mərasim nəğmələri

Bu gün getdim suya mən,

Sudan aldım dua  mən,

Qaranquşca olmadım

Barı quram yuva mən.

 

Gəlin, gəlin, qız gəlin,

İnciləri düz gəlin,

Yeddi oğul istərəm,

Sonbeşiyi qız, gəlin.

 

Xalqın məişəti, güzəranı ilə bağlı olan mərasim nəğmələri müxtəlif mərasimlərlə bağlı yaranıb. Toy yas nəğmələri mərasim nəğmələrinin geniş yayılmış növləridir. Toy nəğmələri elçilik, nişan, qız köçürmə, oğul evləndirmə, gəlin gətirmə ilə bağlı oxunan nəğmələrdən ibarətdir. Bu cür nəğmələrdə vəfa, sədaqət, etibar, gözəllik mərdlik təbliğ olunur. Məsələn:

Qızıl üzüyün qaşı,

Bişdi bağrımın başı.

Mən deyən yar olmasa,

Yandırram dağı,daşı.

 

Mövsüm nəğmələri

Mövsüm nəğmələri ilin müxtəlif fəsilləri ilə əlaqədər oxunur. "Səməni", "Xıdır Nəbi", "Yel baba", "Duman, qaç", "Günəş, çıx" (günəşi çağırmaq məqsədilə), "Yağmur, gəl", "Qodu-qodu" (uzun zaman yağan yağışın kəsməsi üçün) kimi nəğmələr mövsüm nəğmələrindəndir. Məsələn:

A yel baba, yel baba,

Qurban sənə, gəl, baba.

Taxılımız yerdə qaldı,

Yaxamız əldə qaldı.

A yel baba, yel baba,

Qurban sənə, gəl, baba.

Aşağıdakı nəğmədə qədim azərbaycanlıların yaz, yay, payız, qış fəsli haqqında təsəvvürləri öz əksini tapır:

Üçü bizə yağıdır,

Üçü cənnət bağıdır.

Üçü yığır, gətirir,

Üçü vurur, dağıdır.

Qəhrəmanlıq nəğmələri

Əsasən, döyüş zamanı, yaxud döyüşdən əvvəl oxunur döyüşçüləri bir növ səfərbərliyə, qorxmazlığa, igidliyə, cəngavərliyə, düşmən üzərində qələbə çalmağa çağırır. Koroğlu, Qaçaq Nəbi, Qaçaq Kərəm, Qatır Məmməd, Sərdari-milli Səttar xan, Salari-milli Bağır xan  kimi el qəhrəmanlarının dilindən oxunan, yaxud xalqın onların igidliklərini vəsf elədikləri nəğmələr məhz belə nəğmələrdəndir. Məsələn:

Dolun at belinə, qoç dəlilərim,

Xotkarı taxtından endirək, hoydu!

Talayaq mülkünü, alaq malını,

Öyünü başına endirək, hoydu!

Nəğmələrdən fərqli olaraq, mahnıların özünəməxsus havası, melodiyası olur. Nisbətən sonrakı dövrlərdə yaranan mahnılar gözəllik, azadlıq, vətənpərvərlik ideyalarını təbliğ etsə , məhəbbətin tərənnümünə həsr olunmuş mahnılar daha çoxdur. "Üçtelli durna", "Ahu kimi", "Gül açdı", "Kəklik", "Bülbüllər oxur" kimi mahnılarda tərənnüm olunan sevgi duyğuları təbiət gözəllikləri ilə əlaqələndirilir.

Əzizim, sini-sini,

Doldur, ver sini-sini.

Mən sənə göz dikmişəm.

Neynirəm özgəsini?!

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.