TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

“AZƏRTÜTÜN ASK” MMC

KOTİROVKA SORĞUSUNA DƏVƏT EDİR

1140 ton qablaşdırılmış tütün məhsullarının Zaqatala TEZ-in anbarlarından Gəncə şəhərində yerləşən anbara daşınması xidmətinin satın alınması

Müsabiqə iştirakçılarına təklif edilir ki, öz kotirovka təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün müsabiqə iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Kotirovkada iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra əldə edə bilərlər. Əlaqələndirici şəxs Elçin İsmayılov, telefon: +994772771106 və ya [email protected]

İştirak haqqı: 50.00 manat

Satınalan təşkilat: “Azərtütün ASK” MMC

Faktiki ünvan: Zaqatala şəh, F.Əmirov 18

Vöen: 1305532551

Hesab: (AZN)

Bank: Azərbaycan Beynəlxalq Bankı

Bankın VÖEN-i: 9900001881

Kod: 805250

SWİFT: İBAZAZ2X

H/h: AZ31İBAZ40040019446123670120

M/H: AZ03NABZ01350100000000002944

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.Tenderdə iştirak etmək üçün yazılı müraciət;

2.Kotirovka sorğusunda iştirak haqqının ödənilməsi barədə bank sənədi;

3.Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

4.Kotirovka sorğusunun təklifi (təkliflərin açıqlandığı tarixindən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

5.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

6.İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı (müvafiq vergi departamenti tərəfindən təsdiq olunmuş);

7.İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əsli);

8.İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

9.İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Arayış Dövlət Statistika Komitəsi tərəfindən verilir);

10.İddiaçının son 1 (bir) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar.

Tender proseduru “Dövlət satınalmaları haqqında” AR Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar kotirovkada iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (kotirovka təklifi) 07.09.2021-ci il saat 17:00 tarixinə qədər Bakı şəh., Yasamal r-nu, İzmir küç. 14, ASK VILLA ünvanına yerləşən ofisinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 08.09.2021-ci il saat 12:00 tarixində, Bakı şəh., Yasamal r-nu, İzmir küç. 14, ASK VILLA ünvanında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.