TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

“Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” Publik Hüquqi Şəxs

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 (bir) lot üzrə keçirilir:

Lot 1. Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, www.etender.gov.az - dövlət satınalmalarının vahid internet portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər. Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi: Səmədov Mirsalam.

İştirak haqqı: 150 (bir yüz əlli) manat

Bank rekvizitləri:

“Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxs

VÖEN: 1300428851

Hesab: AZ25İBAZ38090019446222121216

BANK: Beynəlxalq Bankın Yasamal  filialı

Bankın VÖEN-i: 9900001881

KOD: 805562

M/H: AZ03NABZ01350100000000002944

S.W.İ.F.T Bik: İBAZAZ2XXX

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1)Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

2)Vergilərə  və digər icbariödənişlərə  dair yerinə yetirilməsivaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanından arayış;

3)İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

4)İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);

5)Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra azı 30 bank günü qüvvədə olmalıdır);

6)Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

7)Tender iştirakçısının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat;

8)Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat;

9)Tender iştirakçısının satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmasının təsdiqi kimi kiçik, orta, yaxud hüquqi şəxslər birliyinin daxilində mikro sahibkarlıq subyekti olması haqqında müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş arayış;

10)Tender iştirakçısının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanı tərəfindən verilmiş arayış;

11)İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

12)Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə);

13)Tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təkliflərinin açılışına 7 bank günü qalana qədər) 27.08.2021-ci il saat 09:00-dək, tender təklifi və tender təklifinin bank təminatını isə 06.09.2021-ci il saat 10:00-dək Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçının təklifləri 07.09.2021-ci il tarixində saat 15:00-da Portal vasitəsilə açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.


“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 lot üzrə keçirilir:

Lot 1 - Biləsuvar TST-nin suvarılmasını təmin edən Pivot sisteminin bərpası və növbəti mövsüm suvarılmanın daha əlverişli təmin olunması üçün müxtəlif adda malların satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalı vasitəsilə adı çəkilən tenderin bölməsində əldə edə bilərlər (əlaqələndirici şəxs: Jalə Rüstəmova, telefon: +994(55)500 12 95 və ya [email protected]).

İştirak haqqı: 250.00 (iki yüz əlli) manat

İddiaçı iştirakçı statusunu almaq üçün 250.00 (iki yüz əlli) manat məbləğində iştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirə bilər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.Tenderdə iştirak etmək üçün yazılı müraciət

2.Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi

3.Tender təklifi (təkliflərin açıqland

ığı tarixdən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır)

4.Tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (təkliflərin açıqlandığı tarixdən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır)

5.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (2020-ci ili əhatə etməli)

6.İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı (müvafiq vergi departamenti tərəfindən təsdiq olunmuş)

7.İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əsli)

8.İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq olunmuş sənədin surəti)

9.İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Arayış Dövlət Statistika Komitəsi tərəfindən alınmalıdır).

10.İddiaçının son 1 (bir) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar (rəsmi qaydada təsdiq olunmuş sənədin surəti).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 30.08.2021-ci il saat 11:00 tarixinə qədər, bank təminatını və tender təklifini isə 07.09.2021-ci il saat 12:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 08.09.2021-ci il saat 11:00-da dövlət satınalmalarının vahid internet portalı vasitəsilə açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.


“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 lot üzrə keçirilir:

Lot 1 - texniki çiyidin və karbamid gübrəsinin daşınması xidmətinin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalı vasitəsilə adıçəkilən tenderin bölməsində əldə edə bilərlər (əlaqələndirici şəxs: Jalə Rüstəmova, telefon: +994(55)500 12 95 və ya [email protected]).

İştirak haqqı: Lot 1- 50.00 manat

İddiaçı iştirakçı statusunu almaq üçün 50 (əlli) manat məbləğində iştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirə bilər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.Tenderdə iştirak etmək üçün yazılı müraciət

2.Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi

3.Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır)

4.Tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır)

5.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (əsli və ya notarial qaydada təsdiq olunmuş surəti)

6.İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti

7.İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əsli)

8.İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri

9.İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Arayış Dövlət Statistika Komitəsi tərəfindən alınmalıdır).

10.Zavod ərazisinə daxil olan yük avtomobillərinin sürücüləri təhlükəsizlik və yanğından mühafizə tədbirlərinə riayət etməlidirlər

11.Yüklənmədən sonra yükün itkisi və yanğından mühafizə məqsədilə yükün üstü örtülməlidir

12.İddiaçının son 1 (bir) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 30.08.2021-ci il saat 10:00-dək, tender təklifi və bank təminatını isə 07.09.2021-ci il saat 12:00-dək www.etender.gov.az Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsilə təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş təkliflər qəbul olunmayacaq. Zərflərin açılışı 08.09.2021-ci il saat 10:00-da https://etender.gov.az/ Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsilə həyata keçiriləcək.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.


Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu işçilərinin könüllü tibbi sığortalanması üzrə xidmətlərin satın alınması ilə bağlı

AÇIQ TENDER ELAN EDIR

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşir. Fond Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir. Fond barədə ətraflı məlumatları http://mcgf.gov.az/ rəsmi internet saytından əldə etmək olar.

Satınalma predmeti Fondun işçilərinin könüllü tibbi sığortalanmasıdır. Satınalma müqaviləsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nə və müvafiq sahə üzrə normativ aktların tələblərinə uyğun olaraq yazılı formada bağlanacaqdır. Satınalma müqaviləsinin icra müddəti 3 il ərzində həyata keçiriləcəkdir. 

Satınalma ilə bağlı Fond ilə iddiaçılar arasında qarşılıqlı məlumat mübadiləsi və sənədlərin təqdim olunması, habelə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda bildirişlərin göndərilməsi yazılı qaydada aparılacaqdır.

Malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir:

- satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (müvafiq dövlət qurumlarından alınır);

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;

- müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.

Təklifin qiymətləndirilməsi meyarları aşağıdakılardır:

Maliyyə amili - 80 bal: 80 bal ən aşağı qiymət verən iddiaçıya verilir, digər iddiaçıların maliyyə amili isə ən aşağı qiymət verən iddiaçının qiymət təklifi həmin iddiaçının qiymət təklifinə bölünüb 80-ə vurulmaqla müəyyən edilir;

Zəruri texniki və keyfiyyət xüsusiyyətləri - 20 bal: xidmətlərin keyfiyyəti 10 bal, xidmətlər üzrə şərtlər 10 bal. Kəmiyyətlə ifadə olunan texniki göstəricilər üzrə ən yaxşı təklif verən iddiaçıya müvafiq meyar üzrə maksimum bal verilir.

Tender təklifinin qiymətinə bütün xərclər (o cümlədən nəqliyyat, vergilər və rüsumlar) daxil edilməlidir. Qiymət təklifi bütün xərclərin cəmi nəticəsində hesablanaraq AZN-lə ifadə olunmalıdır.

Səmərəli rəqabətin təmin edilməsi və satınalmanın baş tutması üçün qeydiyyatdan keçməli olan malgöndərənlərin (podratçıların) minimal sayı 3 olmalıdır.

Satınalmada iştirak etmək üçün malgöndərənlər 300 (üç yüz) manat məbləğində tenderdə iştirak haqqını Fondun aşağıdakı hesabına ödədikdən sonra Əsas şərtlər toplusunu əldə edə biləcəklər:

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu

VÖEN: 1403502281

H/h: AZ57NABZ01360450000000005944

Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı

VÖEN: 9900071001

Kod: 501004

M/h: AZ74NABZ01451700000000001944

S.W.İ.F.T bik: NABZAZ2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənlərin iddiaçı kimi satınalmada qeydiyyatdan keçməsi üçün aşağıdakı sənədlər 16 sentyabr 2021-ci il saat 17:00-dək Fondun ünvanına təqdim edilməlidir:

- Satınalmada iştirak etmək üçün ərizə;

- İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- İddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN, lisenziya) surətləri;

- Satınalma təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);

- İddiaçının iş təcrübəsini təsdiq edən sənədlərin surətləri;

- İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış və bank rekvizitləri;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə müvafiq icra hakimiyyəti orqanından arayışlar;

- İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünə dair meyar göstəricilərini əks edən məlumatlar;

- İddiaçının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ixtisas göstəriciləri meyarlarına uyğun gəlməsi barədə iltizam.

Satınalma zamanı təqdim olunacaq məlumatlar, habelə təkliflər Azərbaycan dilində olmalıdır. Tender təklifləri və təkliflərin qiymətlərinin 1 faizi həcmində bank zəmanəti 24 sentyabr 2021-ci il saat 17:00-dək Fondun ünvanına təqdim edilməlidir. Hər bir iddiaçı yalnız bir təklif verə bilər. Tender təklifində onun hansı satınalma üzrə olduğu, təklifin qüvvədə olma müddəti və təklifin tarixi (sənədin tarixi) qeyd olunmalıdır.

Satınalma üzrə zərflər 27 sentyabr 2021-ci il saat 15:00-da Fondun ünvanında açılacaqdır.

Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 195), Faks: (+99412) 598-11-77.

Satınalan təşkilatın “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının) qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şikayət vermək hüququ vardır. Fondun satınalmalar üzrə təcrübəsində gözləmə müddəti tətbiq edilmir.

Tenderin qalibinə tender təklifi aksept edildikdən sonra bildiriş göndəriləcək və yazılı formada satınalma müqaviləsi bağlanacaqdır. İxtisas göstəricilərinin təkrar təsdiqinin prosedurları müəyyən edilmir.

Fond təklifləri qiymətləndirərkən və müqayisə edərkən satınalmanın əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər üzrə təkliflərin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edəcəkdir.


Gəncə Dövlət Universiteti 2021-ci il üçün

AÇIQ TENDER ELAN EDIR

Avadanlıqların satınalınması. Tenderin başlama tarixi 09 avqust 2021-ci il saat 12:00-bitmə 08 sentyabr 2021-ci il saat 11:00. Tələb olunan sənədlərin son təqdim edilmə tarixi 31 avqust 2021-ci il 11:00. Zərflərin açılış tarixi 09 sentyabr 2021-ci il saat 11:00. İştirak haqqı-800.0 manatdır.

Antiplagiat proqram təminatının satınalınması. Tenderin başlama tarixi 09 avqust 2021-ci il saat 14:00-bitmə 08 sentyabr 2021-ci il saat 12:00. Tələb olunan sənədlərin son təqdim edilmə tarixi 31 avqust 2021-ci il saat 12:00. Zərflərin açılış tarixi 09 sentyabr 2021-ci il saat 12:00. İştirak haqqı ödənişsizdir.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini etender.gov.az internet portalı vasitəsi ilə təqdim etsinlər.

Maraqlananlar əsas şərtlər toplusunu iştirak haqqını asan ödəniş vasitəsi ilə köçürdükdən sonra yuxarıda adıçəkilən portaldan əldə edə bilərlər. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əlaqələndirici şəxs: Fəxrəddin Həsənov

Əlaqə nömrəsi: 022 266-01-80.

Elektron ünvan: teserrufat [email protected]