Yanvarın 9-da Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb
Səhiyyə

Yanvarın 9-da Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Yanvarın 9-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 935 min 174, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 398 min 628, ikinci mərhələ üzrə 4 milyon 875 min 946, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 395 min 811, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 264 min 789-dur.                                                              

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 16 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 16 yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 826 min 924 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 min 422 nəfər müalicə olunaraq sağalıb, 10 min 23 nəfər vəfat edib. Aktiv xəstə sayı 479 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 61, indiyə qədər isə ümumilikdə 7 milyon 445 min 292 test icra olunub.