Mayın 1-də Azərbaycanda COVID-19 əleyhinə 3 doza vaksin vurulub
Səhiyyə

Mayın 1-də Azərbaycanda COVID-19 əleyhinə 3 doza vaksin vurulub

Mayın 1- Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 3 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində ikinci doza vaksinlərin sayı 3 olub.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 960 min 877, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 410 min 697, ikinci mərhələ üzrə 4 milyon 881 min 246, üç daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 779, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 266 min 155-dir.