Venesiyada Avropa Şurasına üzv dövlətlərin ədliyyə nazirlərinin konfransı
Digər xəbərlər

Venesiyada Avropa Şurasına üzv dövlətlərin ədliyyə nazirlərinin konfransı

İtaliyanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində dekabrın 13-də Venesiyada Avropa Şurasına üzv dövlətlərin ədliyyə nazirlərinin konfransı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədov təmsil edir.

İki gün davam edəcək konfrans "Cinayət və cinayət ədalət mühakiməsi - Avropada bərpaedici ədalət mühakiməsinin rolu" mövzusuna həsr olunub. Avropadan 40 nümayəndə heyətinin iştirak etdiyi konfrans çərçivəsində "Bərpaedici ədalət mühakiməsi və gənclər", "Bərpaedici ədalət mühakiməsi - cinayət mühakiməsinin tamamlayıcısı kimi" və "Xüsusi təlim" mövzularında sessiyalar keçiriləcək.

AZƏRTAC