Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Digər xəbərlər

Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri Bakir İzetbeqoviçin başçılıq etdiyi nümayəndə heyəti iyunun 9-da Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Sonda Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının nümayəndə heyətinin üzvlərinə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

AZƏRTAC