Tovuz: Şəhid ailələri ziyarət olunur
Region

Tovuz: Şəhid ailələri ziyarət olunur

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov 27 sentyabr anım günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib.

Almalıtala kəndində əsgər Əliyev Cavid Şaban oğlunun, Yanıqlı kəndində müddətdən artıq hərbi qulluqçu Hüseynov Emin Fərmayıl oğlunun, gizir Aslanov Babək Sakit oğlunun, Alakol kəndində müddətdən artıq hərbi qulluqçu Ələsgərov Sənan Əkram oğlunun, müddətdən artıq hərbi qulluqçu Hüseynov Cavid Hümbət oğlunun, müddətdən artıq hərbi qulluqçu İsmayılzadə Müşviq Xanlar oğlunun, Məşədilər kəndində əsgər Mirzəyev Eltac Fizuli oğlunun, Tovuz şəhərində Vətən Müharibəsi Qəhrəmanı Cabbarov Orxan Rövşən oğlunun, əsgər Şirinov Elmar Cəbrayıl oğlunun, əsgər Rüstəmov Amil Bədrəddin oğlunun, Düz Cırdaxan kəndində əsgər Əsgərov Kamran Bayram oğlunun, Aşağı Mülkülü kəndində baş leytenant Eminalıyev Orxan Eyvaz oğlunun, Xatınlı kəndində müddətdən artıq hərbi qulluqçu Əmrahov Vüqar Mübariz oğlunun, gizir Abbasov Əhməd Fazil oğlunun, Qaraxanlı kəndində müddətdən artıq hərbi qulluqçu Vəlixanov Rövşən Aydın oğlunun ailələrinə baş çəkmiş, ailə üzvləri ilə birlikdə şəhidlərimizin məzarlarını ziyarət etmiş, onların qayğıları ilə maraqlanmışdır.

Tovuz şəhərindən olan şəhid baş leytenant Eyvazov Samir Elmar oğlunun ad günündə qəbri ziyarət edilmişdi.

Şəhid ailələri icra başçısı ilə söhbət zamanı Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Vəli VƏLİYEV,

“Respublika”.