Tərəfdaşlığın perspektivləri
Siyasət

Tərəfdaşlığın perspektivləri

Azərbaycan-Almaniya münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri, səfər çərçivəsində Almaniyanın dövlət hökumət başçıları ilə görüşləri mühüm hadisə kimi dəyərləndirilib beynəlxalq müstəvidə diqqət mərkəzində olub. Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri ölkəmizin Avropa ölkələri ilə münasibətləri kontekstində tutduğu mövqeyi daha da möhkəmləndirir.

"Almaniya-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Siyasi dialoq müntəzəm olaraq aparılır əminəm ki, mənim səfərim bizim ikitərəfli münasibətlərimizə çox böyük töhfə verəcəkdir". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya işgüzar səfəri zamanı mətbuata bəyanatla çıxışında söyləyib.

Avropa İttifaqı ilə Azərbaycan əlaqələrində çox önəmli addımların atıldığını qeyd edən ölkə başçısı bildirib ki, xüsusilə keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu bizim niyyətimizi göstərir.

Bəli, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin apardığı daxili xarici siyasət kursu ölkəmizin həm iqtisadi, həm beynəlxalq aləmdə yüksəlişinin təminatçısıdır. Bu prosesdə heç şübhəsiz ən ciddi faktor liderlərin Prezident İlham Əliyevə ehtiramı, ölkə başçısının qlobal siyasət meydanında olan nüfuzudur. Dünyada baş verən hadisələr fonunda inkişaf etmiş ölkələrin rəhbərlərinin Azərbaycan Prezidenti ilə müxtəlif platformalarda keçirilən görüşləri, həmçinin nüfuzlu beynəlxalq tədbirlərdə iştirak, hətta bu tədbirlərə evsahibliyinin Azərbaycana həvalə edilməsi ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir.

Qeyd etmək lazımdır ki, Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. İki ölkə arasında münasibətlər hər zaman qarşılıqlı faydalı əməkdaşlığa əsaslanıb. Ölkəmizin müstəqil xarici siyasət yürütmək imkanları, etibarlı tərəfdaş kimi nüfuzunun yüksəlməsi, Avropa İttifaqı ona üzv ölkələrlə artan işbirliyi mövcud əməkdaşlığın genişləndirilməsinə real zəmin yaradıb. Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Kansleri Olaf Şolts arasında keçirilən görüşdə, həmçinin mətbuat konfransında qeyd edilib ki, Azərbaycan gələcəkdə Avropaya ixrac etdiyi təbii qazın həcmini artırmaq niyyətindədir, eləcə Qafqaz ölkəsi Almaniyaya özünü qaz bərpaolunan enerji daşıyıcılarının tədarükçüsü kimi təklif edir. 2027-ci ilədək rəsmi Bakının Avropaya ixrac edəcəyi mavi yanacağın həcmi 20 milyard kubmetrə çatdırılacaq, bu il isə həmin göstəricinin 12 milyard kubmetr təşkil edəcəyi gözlənilir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Avropanın enerji təminatı üçün Azərbaycana maraq artıb azı on Avropa ölkəsi Azərbaycandan qaz almaqda maraqlıdır. Azərbaycan dövlətinin başçısı görüşdən sonra mətbuat konfransında ölkəmizin Avropa üçün etibarlı tərəfdaş olduğunu vurğulayıb.

Almaniya Kansleri Olaf Şolts mətbuat konfransında diqqətə çatdırıb ki, Almaniya ilə Azərbaycan ikitərəfli əməkdaşlığı daha da dərinləşdirməyi qarşıya məqsəd qoyublar. Ötən il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyinin qeyd edildiyini diqqətə çatdıran Kansler həmçinin bildirib ki, görüşdə Azərbaycan Avropa İttifaqı arasında iqtisadi əlaqələrin Şərq Tərəfdaşlığı çərçivəsində dərinləşdirilməsi müzakirə edilib. O, Azərbaycanı Almaniya Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaş kimi səciyyələndirib ölkənin Almaniyanın Avropanın enerji təminatının diversifikasiyasına mühüm töhfə vermək potensialında olduğunu qeyd edib.

Azərbaycan ilə Almaniya arasında yüksək səviyyəli dialoq əməkdaşlıq mövcuddur. Onu da qeyd edək ki, Prezident İlham Əliyev 2004- 2007-ci illərdə Almaniyaya rəsmi, daha 11 dəfə isə işgüzar səfər edib. Sonuncu səfər bu il fevralın 16-19-da baş tutub dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransında iştirak edib. Ötən il fevralın 15- Prezident İlham Əliyev Almaniya Prezidenti Frank Valter Ştaynmayeri yenidən prezident seçilməsi münasibətilə təbrik edib. Eləcə bu il yanvarın 13- iki ölkənin prezidentləri arasında telefon danışığı olub. Söhbət zamanı prezidentlər Azərbaycan-Almaniya əlaqələrinin mövcud vəziyyətindən məmnunluqlarını bildirib, əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Prezident İlham Əliyevin bu səfəri Azərbaycanla Almaniya arasında münasibətləri yeni inkişaf mərhələsinə çıxardı, bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması genişləndirilməsi üçün əlverişli imkanlar yaranmış oldu. İqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi xüsusi önəm kəsb edir. Prezident İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü bunun bariz təcəssümüdür. Bu amil Azərbaycana yeni investisiyaların cəlb olunmasına müsbət təsir edəcək. Almaniya biznesi üçün Azərbaycanda geniş imkanlar açılacaq. Həmçinin, əvvəllər Azərbaycanda fəaliyyət göstərən şirkətlərin imkanları daha da genişləndirildi. Bu da təbii ki, ikitərəfli münasibətlərə yönəlik çox ciddi addımdır. Hər bir dövlətin inkişafı üçün investisiya mühitinin yaxşı olması çox önəmlidir istənilən ölkənin iqtisadi inkişafını təmin edən amillərdəndir. Almaniya tutduğu beynəlxalq mövqeyə görə dünya iqtisadiyyatında aparıcı rola malik olduğu üçün bu ölkədəki şirkətlərin Azərbaycanda təmsil olunması olduqca müsbət haldır. Bu, həm ölkədə yeni yerlərinin açılması, kadr potensialının hazırlanması baxımından da çox əhəmiyyətlidir.

Almaniya ilə Azərbaycanın hərtərəfli əməkdaşlığı hər iki tərəf üçün olduqca faydalıdır. Eyni zamanda Qarabağda yenidənqurma quruculuq işlərinin getdiyi bir vaxtda almaniyalı adamları biznesmenlər ilə Prezident İlham Əliyevin görüşü, eləcə ölkəmizin iqtisadi dividendliyi işğaldan azad edilən bölgələrin turizm potensialı vacib əhəmiyyətə malikdir. Bu, həm bərpa-quruculuq işlərinə alman şirkətlərinin cəlb edilməsi baxımından da önəmlidir. Onu da qeyd edək ki, ölkəmiz böyük yaşıl enerji potensialına malikdir. Azərbaycan gələcəkdə Avropa üçün vacib yaşıl enerji təchizatçısına çevriləcək. Ölkəmizin xarici siyasət strategiyasının mühüm istiqamətlərindən birini Avropanın əsas aktorları kimi çıxış edən dövlətlərlə əməkdaşlıq təşkil edir. Neft-qaz kəmərlərinin tikintisi üzrə uğurlu təcrübəmizi nəzərə alaraq, enerji təhlükəsizliyi üzrə Avropa ölkələri şirkətlərlə mövcud əməkdaşlığımız, Avropa Komissiyası tərəfindən planların tamamilə dəstəklənməsi belə deməyə əsas verir ki, Azərbaycanın yaşıl enerji potensialı tezliklə təbii qaz qədər böyük əhəmiyyətə malik olacaq. Bu baxımdan da Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri əlaqələrin daha da genişlənməsində önəmli rol oynayır. Səfər çərçivəsində aparılan müzakirələr münasibətlərin yüksək səviyyədə olduğunu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın mövcudluğunu göstərir.

Mustafa KAMAL,

"Respublika".