“Təmiz hövzələr” aksiyası
Region

“Təmiz hövzələr” aksiyası

Kür və Araz çayları Sabirabad rayonunun ərazisində bir-birinə qovuşur. Təbiətin yaratdığı gözəllik, xoş mənzərə  turistlərin marağına səbəb olur. Bu səbəbdən də məşhur Suqovuşana tamaşa etməyə gələnlərin sayı ildən-ilə artır. Ərazidən keçən sahillərdə  təmizliyə riayət etmək, eyni zamanda su hövzəsinin çirklənməsinin qarşısını almaq  rayonda əsas mərhələlərdən biridir. Bu günlərdə Sabirabad Rayon İcra Hakimiyyəti  Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə “Təmiz hövzələr”aksiyası keçirib. Aksiyaya rayon Gənclər və İdman İdarəsinin, digər təşkilatların könüllüləri qoşulublar. Kür çayı su hövzəsinin  əraziləri, Suqovuşanın ətrafı tullantılardan təmizlənib.

Aksiya zamanı sakinlər Kürün su hövzəsini plastik qablardan, müxtəlif  tullantılardan təmizləyirlər.

Tofiq HÜSEYN,

“Respublika”.