“Heydər Əliyev İrsi milli sərvətimizdir” mövzusunda konfrans
Region

“Heydər Əliyev İrsi milli sərvətimizdir” mövzusunda konfrans

Heydər Əliyev ili” Azərbaycanda və dünyanın bir çox ölkələrində dahi rəhbərin xatirəsi sonsuz məhəbbət, böyük ehtiram hissi ilə qeyd olunur. İmişlidə “Ulu Öndər Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransın iştirakçıları ümummilli lider Heydər Əliyevin İmişli şəhərinin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış əzəmətli abidəsi önünə tər güllər düzüb, əziz xatirəsini böyük hörmət və ehtiramla yad etdilər.

Konfransda Bakı Mühəndislik Universitetinin rektoru, texnika elmləri doktoru, professor, əməkdar elm xadimi Havar Məmmədov, Azərbaycan Kooperasiya Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Bəyalı Ataşov, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev çıxışında ölkəmizin inkişafında, tərəqqisində, milli dövlətçiliyimizin qorunub möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışdı.

Sonra çıxış edənlər Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov digərləri müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri haqqında ətraflı söhbət açdılar.

Ərəstun ABDULOV,

“Respublika”.