MÜLKİ MÜDAFİƏDƏ İNNOVATİV TEXNOLOGİYALAR
Region

MÜLKİ MÜDAFİƏDƏ İNNOVATİV TEXNOLOGİYALAR

1972-ci ildən etibarən hər il 1 mart bütün ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur və builki tədbirlər "Mülki müdafiə sahəsində innovativ texnologiyalar" mövzusu üzrə keçirilib. Bu münasibətlə Gəncədə silsilə tədbirlər, məşğələlər keçirilib, sərgilər nümayiş olunub. Növbəti tədbir "Gəncə Şəhər Birləşmiş Xəstəxanası" PHŞ-da keçirilib.

Tədbirdə qeyd edilib ki, bu gün Fövqəladə Hallar Nazirliyi çevik dəstələri ilə regionda öz layiqli yerini tutur. Əhalinin və ərazilərin belə hallardan və yanğınlardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsi, fövqəladə hallarda çevik reaksiya verilməsi təmin edilib. Fəlakətləri proqnozlaşdırmaq və nəticələrini aradan qaldırmaq üçün istifadə olunan dronlar, robotlar, avtonom nəqliyyat vasitələri, ağıllı sensorlar, 3D texnologiyaları, coğrafi informasiya sistemləri, süni intellekt mülki müdafiə sahəsində innovativ texnologiyalardır. Respublikamızda mülki müdafiə qüvvələrinin peşəkarlığı yüksək səviyyədədir.

Zabit XƏLİLOV,

"Respublika".