Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə konsert proqramı
Region

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə konsert proqramı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Gəncə Şəhər İcra Hakiiyyətinin təşkilatçılığı ilə möhtəşəm konsert proqramı keçirilib. Heydər Əliyev “Park-Xiyaban” Kompleksindəki “Zəfər Tağın”nın önündə keçirilən konsertdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, şəhər sakinləri iştirak ediblər. Konsertdən əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə veloyürüş keçirilib. Şəhərin mərkəzindən start götürən veloyürüş Heydər Əliyev Mərkəzinin önündə yekunlaşıb. Veloyürüş iştirakçıları ümummilli lider  Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüb, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Konsert proqramında Gəncə Dövlət Filarmoniyasının solistləri ulu öndər Heydər Əliyevə, həmçinin müstəqil Azərbaycana həsr olunan vətənpərvər ruhlu  mahnılar ifa ediblər.

Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

Zabit XƏLİLOV,

 “Respublika”.