Tələbə adının sevinci
Elm və təhsil

Tələbə adının sevinci

Kürdəmirdə ali məktəblərə qəbul olunan tələbələrlə görüş keçirilib.

Görüşdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, həmçinin rayonun digər ictimaiyyət nümayəndələri, idarə və təşkilat rəhbərləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Kürdəmir rayonu üzrə təhsil sektorunun müdiri Rəfail Məmmədov rayon təhsili haqqında ümumi məlumat verib. Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov isə tələbə adının sevincini yaşayan bütün məzunları təbrik edib, onlara milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak etmələrini arzulayıb. Daha sonra Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, həmçinin direktor və müəllimlər məzunları təbrik edərək, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.

Sonda yüksək nəticə göstərən məzunlar fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.

Tofiq HÜSEYN,

"Respublika".