Sumqayıtda
Siyasət

Sumqayıtda "Heydər Əliyev mütərəqqi məhkəmə-hüquq islahatlarının müəllifidir" mövzusunda konfrans

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkə Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş 2023- il "Heydər Əliyev İli" çərçivəsində ədliyyə orqanlarında məhkəmələrdə Ulu Öndərin zəngin irsinə həsr olunan silsilə tədbirlər davam etdirilir.

Bu münasibətlə aprelin 17- Ədliyyə Nazirliyi tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin birgə təşkilatçılığı ilə Sumqayıtda gənclər üçün "Heydər Əliyev mütərəqqi məhkəmə-hüquq islahatlarının müəllifidir" mövzusunda konfrans keçirilib.

Tədbirdə Ədliyyə Nazirliyinin məsul işçiləri, Sumqayıt apellyasiya birinci instansiya məhkəmələrinin hakimləri, məhkəmə aparatının əməkdaşları, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Sumqayıt Dövlət Universitetinin rəhbərliyi çoxsaylı tələbələr iştirak ediblər.

Əvvəlcə Ümummilli Liderin Sumqayıt şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub əziz xatirəsinə dərin ehtiram bildirilib. Həmçinin gənclər Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat fəaliyyətini əks etdirən maraqlı ekspozisiyalar tanış olub, Ümummilli Liderə həsr olunan filmə baxıblar. Heydər Əliyev Mərkəzi ilə tanışlıq tələbələrdə xoş zəngin təəssürat yaradıb.

Sumqayıt Məhkəmə Kompleksində davam edən tədbiri Ədliyyə Nazirliyi İnsan hüquqları kommunikasiya idarəsinin rəisi Aynur Sabitova açaraq xalqımız dövlətimiz qarşısında misilsiz xidmətləri olan dahi öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan tədbirlərdən bəhs edib. Bildirib ki, Ümummilli Liderin hər kəsə örnək olan tükənməz irsi daim öyrənilməli ondan bəhrələnilməlidir. Bugünkü tədbirin məqsədi məhz Heydər Əliyevin dühası ilə bərqərar olmuş məhkəmə-hüquq sisteminin fəaliyyəti aparılan islahatlar barədə tələbələri məlumatlandırmaqdır.

Sonra Ümummilli Liderin mənalı ömür yoluna titanik fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.

Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev çıxış edərək Ulu Öndərin müasir müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılmasında rolunu qeyd edib, dahi rəhbərin təməlini qoyduğu ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə aparılan ardıcıl tədbirlər yeniliklər barədə tələbələri məlumatlandırıb, Sumqayıtda müasir Məhkəmə Kompleksinin inşasını bu islahatların mühüm tərkib hissəsi olduğunu bildirib.

Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı Zaur Əliyev Ədliyyə Nazirliyi ilə sıx əməkdaşlığı, "Heydər Əliyev İli" çərçivəsində keçirilən birgə tədbirlərin tələbələr üçün faydasını qeyd edib, ölkəmizdə hüquq elminin təhsilinin Ulu Öndərin rəhbərliyi dövründə yeni inkişaf dövrünə qədəm qoyduğunu, Ümummilli Liderin Hüquq fakültəsinə xüsusi qayğısını, milli, o cümlədən hüquqşünas kadrlarının yetişdirilməsində əvəzsiz rolunu vurğulayıb.

Çıxış edən Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri İlqar Dəmirov Ruhiyyə Əsgərova əbədiyaşar liderin hər zaman qanunçuluq, haqq ədalət tərəfdarı olduğunu, fəaliyyətinin bütün dövrlərində məhkəmə, ədliyyə digər hüquq mühafizə fəaliyyətinə qayğılı münasibət göstərdiyini bildirib, Ümummilli Liderin müəllifi olduğu üçpilləli yeni məhkəmə sistemi, onun keçdiyi müasir inkişaf yolu barədə ətraflı məlumat veriblər.

Tədbirdə sual-cavab sessiyası keçirilərək tələbələri maraqlandıran suallara aydınlıq gətirilib, maraqlı diskussiyalar aparılıb.

Konfrans çərçivəsində gənclər Sumqayıt Məhkəmə Kompleksində yaradılan müasir şəraitlə, o cümlədən ictimai inzibati zonalar, məhkəmə iclas zalları, hakimlər üçün digər otaqlarla, "Elektron məhkəmə" informasiya sistemi tətbiq edilən rəqəmsal innovasiyalarla yaxından tanış olublar.

Sonda xatirə şəkli çəkdirilib.

Ü.VAHİDOĞLU,

Respublika”.