Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 277 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 277 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 277 yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 795 min 190 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 784 min 181 nəfər müalicə olunaraq sağalıb, 9 min 727 nəfər vəfat edib. Aktiv xəstə sayı 1282 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 523, bu günə qədər isə ümumilikdə 7 milyon 11 min 596 test icra olunub.

AZƏRTAC