Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 24 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 24 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 24 yoluxma faktı qeydə alınıb, 31 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 828 min 275 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 38 nəfər müalicə olunaraq sağalıb, 10 min 99 nəfər vəfat edib. Aktiv xəstə sayı 138 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1552, indiyə  qədər isə ümumilikdə 7 milyon 509 min 420 test icra olunub.                                 

 

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 425 doza vaksin vurulub

Fevralın 15-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 425 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 155, ikinci doza vaksinlərin sayı 109, üç və daha çox doza vaksinlərin sayı 144, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 17-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 946 min 175, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 403 min 374, ikinci mərhələ üzrə 4 milyon 878 min 173, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 399 min 185, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 443-dür.