Şəhidin xatirəsinə həsr olunan müsabiqə
Region

Şəhidin xatirəsinə həsr olunan müsabiqə

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Azərbaycan İlahiyyat İnstitutu və Şamaxı rayonu Göylər kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə Şamaxı şəhərində Qurani-Kərim hafizləri arasında Vətən müharibəsi şəhidi hafiz Elgün Quliyevin xatirəsinə həsr edilmiş müsabiqənin final mərhələsi keçirilib.

Finalda iştirak etmək hüququ qazanmış 10 iştirakçıdan 5 nəfər münsiflər heyətinin qiymətləndirməsi nəticəsində ən yüksək nəticələr əldə edərək qalib adını qazanıblar.

Tədbir iştirakçıları şəhid Elgün Quliyevin ailəsini və məzarını ziyarət etdikdən sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Qeyd edək ki, Əliyev Elnur 1-ci, Mirzəhra Hüseynzadə 2-ci, Bəhman Həsənli 3-cü, Nazir İsmili 4-cü, Şirin Şirinov isə 5-ci yerə layiq görülüb.

İştirakçılar tərəfindən Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib, onların ruhuna dualar oxunub.

M.QULUYEV,

"Respublika".