Birgə layihə barədə müqavilə
Region

Birgə layihə barədə müqavilə

"Şəhərdaxili hərəkət (mobillik) planın hazırlanması" məqsədilə Şirvan Şəhər İcra Hakimiyyəti Azərbaycan Texniki Universiteti arasında müqavilə imzalandı. Görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, AzTU-nun Logistika Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov Universitet-Sənaye Əməkdaşlığı Ömürboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova iştirak etdilər.

Öncə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsi ziyarət olundu. Sonra keçirilən geniş tərkibli görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev bildirdilər ki, müqavilənin "Heydər Əliyev İli"ndə bağlanması əhəmiyyətli hadisə olmaqla bərabər, həm onun irsinin davamına bir töhfədir. Məhz ulu öndər regionların dayanıqlı inkişafını, xüsusilə yol şəbəkələrinin planlı layihələndirilməsi işlərini icrasını şəxsən özü nəzarətdə saxlayırdı. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dayanıqlı inkişaf məqsədlərinin əsas qayəsi, meyar göstəricilərinin milliləşdirilməsi üçün əhatəli əhəmiyyətli işlər ardıcıl olaraq həyata keçirilir. Müqavilə dayanıqlı inkişaf məqsədlərinin ardıcıl həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023- illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı"nın 7.4.6.1-ci yarımbəndinin icrasını təmin etməyi nəzərdə tutur. İcrasına başlanılan layihə məhz Prezident cənab İlham Əliyevin rəhbərliyi altında bu sahədə həyata keçirilən işlərin tərkib hissəsi olaraq 2030-cu ilədək yerli tərəfdaşlarla birlikdə ictimai nəqliyyatın genişləndirilməsi yolu ilə yol təhlükəsizliyinin yaxşılaşdırılmasını özündə ehtiva edir. "Dövlət-universitet-sənaye" tandeminin bariz nümunəsi olan "Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması" üzrə məsləhət xidmətinin layihəsi Şirvan Şəhər İcra Hakimiyyəti Azərbaycan Texniki Universitetinin birgə həyata keçirəcəyi ilk layihədir.

AzTU-nun nəqliyyat istiqaməti üzrə professor-müəllim heyətinin cəlb edilməsi ilə həyata keçirilməsi planlaşdırılan layihə üzrə başlanğıc görüş keçirildi, ilkin müzakirələr layihənin gedişatına dair fikir mübadiləsi aparıldı.

Tofiq HÜSEYN,

"Respublika".