Qəbələ şəhərində Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının Ümummilli Liderin 100 illiyinə həsr edilmiş xüsusi iclası
Digər xəbərlər

Qəbələ şəhərində Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının Ümummilli Liderin 100 illiyinə həsr edilmiş xüsusi iclası

Cari ilin "Heydər Əliyev İli" elan edilməsi, müstəqil dövlətimizin qurucusu memarı Ulu öndər Heydər Əliyevin anadan olmasının yüz illik yubileyinin təntənəli şəkildə qeyd olunması ilə əlaqədar Baş Prokurorluq tərəfindən silsilə tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlərin mühüm hissəsi ölkəmizin aparıcı ali təhsil, elm ocaqları, ixtisaslaşmış akademiyaları ilə birgə həm Bakı şəhərində, həmçinin bölgələrdə təşkil edilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, qeyd olunan tədbirlər çərçivəsində hüquq tətbiqi təcrübəsinə, eləcə hüquq elminin inkişafına bir platforma kimi öz töhfəsini verən Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının 14 iyun 2023- il tarixində Qəbələ şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş xüsusi iclası keçirilmişdir.

İclasa sədrlik edən Baş prokuror Kamran Əliyev tədbiri açaraq öz çıxışında bildirmişdir ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı dəstəyi ilə bölgələrimiz sürətlə inkişaf edir, bölgələrdə yerləşən şəhərlərin iqtisadi, sosial, mədəni elm-təhsil potensialının gücləndirilməsi üçün olduqca əhəmiyyətli tədbirlər görülür. Məhz bu işlər nəticəsində ölkəmizin dilbər guşələrində müxtəlif, o cümlədən beynəlxalq səviyyəli mötəbər tədbirlərin keçirilməsi mümkün olur. Əlbəttə ki, belə şərait bütün sahələr kimi, elm təhsilin inkişafına da öz töhfəsini verir.

Baş prokuror Kamran Əliyev daha sonra öz çıxışında Heydər Əliyevin ölkəmizin mövcudluğunda xilaskar rolu əhəmiyyəti haqqında söhbət açmış, Ümummilli liderin dərin zəkası zəngin dövlət idarəçiliyi təcrübəsinə uyğun olaraq ölkədə həyata keçirdiyi dövlət quruculuğu işləri hüquq siyasəti barədə iclas iştirakçılarını məlumatlandırmışdır.

Xüsusi olaraq vurğulanmışdır ki, Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan Prokurorluğunun formalaşmasında rolu əhəmiyyəti əvəzolunmazdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Konstitusiyaya prokurorluğun fəaliyyətini tənzimləyən ayrıca 133- maddə daxil edilməklə, prokurorluq orqanlarının dövlət təsisatları sırasında ümumilikdə cəmiyyətimizdə olan yeri müəyyənləşdirilərək dövlət səviyyəsində göstərilən hərtərəfli dəstək qayğı nümayiş etdirilmişdir.

Onun tövsiyə tapşırıqlarına uyğun olaraq, prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmiş, bu qurumun fəaliyyəti ilə bağlı beynəlxalq, demokratik sivil standartları əks etdirən qanunvericilik aktları hazırlanaraq qəbul edilmiş, yeni nəsil kadr siyasətinin, müsabiqə yolu ilə işə qəbulun istiqamətləri müəyyən olunmuş, prokurorluğun gələcək intellektual bazasının yaradılması üçün işə qəbul qaydaları dəyişdirilmiş, prokurorluq işçilərinin maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində diqqət qayğı artılırılmaqla, peşə bayramı günü təsis edilmişdir.

İclasda fəxri qonaq kimi iştirak edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək, Ulu öndər Heydər Əliyevin Qəbələ rayonuna qayğısı, rayonun sosial-iqtisadi inkişafı, elm-təhsil, mədəni, turizm potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən müstəsna əhəmiyyətli işlər barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.

Daha sonra iclasda Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nizami Səfərov "Ümummilli Lider Heydər Əliyevin hüquqi islahatlar strategiyası beynəlxalq hüquq sisteminə inteqrasiya", "Konstitusiya" Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev "Qurtuluş məfkurəsi: Azərbaycan dövlətçiliyinin yeni tarixi mərhələsi", Prokurorluğun veteranı Mircavan Kazımov "Müasir prokurorluğun inkişafında Heydər Əliyevin irsi" mövzularında çıxış etmişlər.

Maraqlı müzakirələr şəraitində keçirilən tədbir Baş Prokurorluğun təşəbbüsü ilə ərsəyə gəlmiş Ümummilli Liderin xatirəsinə həsr olunan "Böyük şəxsiyyət...3 ştrixdə" adlı sənədli filmin seyr edilməsi ilə yekunlaşmışdır.  

Ülvi QARAYEV,

Respublika”.