Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb
Digər xəbərlər

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Bu ilin I rübündə Türkiyə Azərbaycana 6 milyon 65 min ABŞ dolları dəyərində dekorativ bitkilər ixrac edib.

"Respublika" Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 20,5 faiz çoxdur.

Təkcə martda isə Azərbaycan Türkiyədən 1 milyon 486 min ABŞ dolları dəyərində dekorativ bitkilər idxal edib ki, bu da 1 il əvvələ nisbətən 32,8 faiz çoxdur.