Tam zamanında atılan addım
Digər xəbərlər

Tam zamanında atılan addım

Türkiyə

Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması həm Ermənistan, həm onun işğalçılıq siyasətini dəstəkləyən siyasi dairələr üzərində kifayət qədər önəmli strateji qələbədir. Azərbaycan tərəfinin nəzarət-buraxılış məntəqəsinin qurulması barədə qərarı Laçın dəhlizindən Ermənistan tərəfinin Qarabağa müxtəlif silah növləri, minalar, silah-sursat göndərilməsi üçün istifadəsi ilə əlaqədardır.

''Azərbaycana məxsus hərbi yük maşınının ermənilərin basdırdığı minaya düşməsi səbir kasasını daşıran son damla olub. Müəyyən edilib ki, orada sayı onlarla olan bu piyada əleyhinə tank əleyhinə minalar 2021-ci ilə aiddir Ermənistan ərazisində istehsal edilib. Ermənistanın reaksiyasına gəldikdə bu, ifrat dərəcədə isterikdir əlbəttə, Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi İrəvan tərəfindən bəyənilmir. Əksinə, hansısa "yeni erməni soyqırımı", "etnik təmizləməyə" hazırlıq s. barədə təbliğat xarakterli bəyanatlar səslənir. Lakin bunlar bəyanat olaraq qalır. Reallıqda isə sadəcə nəzarət proseduru həyata keçiriləcək. Erməni millətindən olan qanunları pozmayan vətəndaşlar maneəsiz olaraq Qarabağdan Ermənistana gedə geriyə qayıda biləcəklər". Bu fikri İstanbul Türkiyə-Azərbaycan Həmrəylik Mədəniyyət Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu söyləyib. O, vurğulayıb ki, bu, Azərbaycanın bütün suveren əraziləri üzərində nəzarətinin tam qeyd-şərtsiz bərpa olunması deməkdir. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün azad edilməsi ilə başlayan proses, Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin qurulması ilə uğurlu şəkildə yekunlaşmış oldu.

"Hər sözü imzaya bərabər olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin hər bir bəyanatının arxasında qətiyyətli mövqe siyasi iradənin dayandığını artıq bütün dünya dövlətləri qəbul etməyə məcburdur. Çox gözəl xatırlayırıq, Prezident İlham Əliyev - Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş görüşlər zamanı nəzarət-keçid məntəqəsinin yaradılmasını təklif etmişdi. Unutmayaq ki, Prezident İlham Əliyev bu günə qədər heç bir sözü vaxtından əvvəl səsləndirməyib. Ona görə , bu təklif artıq həmin addımın atılması üçün tarixi şəraitin formalaşdığını göstərən bəyanat idi o addım atıldı", - deyə Səfər Qaraqoyunlu qeyd edib.

Proseslərin artıq daha sürətli şəkildə cərəyan etdiyini istisna etməyən İSTAD sədri deyib: "Sərhəd-keçid məntəqəsinin qurulması nəticəsində Ermənistan tərəfinin bütün siyasi manevr imkanları zərərsizləşdiriləcək, təxribatların qarşısı alınacaq. Eyni zamanda, bu addımın sülh gündəliyindəki ümumi məsələlərə, xüsusilə Qarabağdakı erməni icmasının reinteqrasiyası prosesinə töhfə verməsini gözləmək olar. Bu da özlüyündə sülh müqaviləsinin imzalanmasını artıq Ermənistan üçün labüd edən əsas amil kimi qiymətləndirilməlidir".

Səfər Qaraqoyunlu bildirib ki, ermənilər praktik addımların ardından informasiya cəbhəsində ideoloji fəaliyyətə başlayacaqlar. Müəyyən çıxışlar, etirazlar, mitinqlər, "Daşnaksütyun"un Azərbaycan Türkiyə bayraqlarına qarşı hərəkətləri kimi təxribatlar tamamilə gözləniləndir. Şübhəsiz ki, Ermənistanın baş naziri Paşinyan bunun erməni xalqının hansısa qələbəsi olması barədə danışmayacaq, əksinə, o, özünü təmizə çıxararaq Azərbaycan tərəfini ittiham edəcək.

İrəvanda qondarma erməni soyqırımı ilə bağlı yürüşdə Azərbaycan Türkiyə bayraqlarının yandırılmasına münasibət bildirən Səfər Qaraqoyunlu deyib ki, bayraq dövləti ən üst səviyyədə təmsil edən, dövlətin hüquqlarını, ərazi bütövlüyünü təmsil edən bir simvoldur: "Azərbaycan Türkiyə bayraqlarının İrəvanda yandırılması planlı şəkildə olub. İki qardaş ölkənin bayrağını yandırmaq 95 milyonluq insanı qarşına almaq deməkdir. Müharibə dövründə məğlub olan Ermənistan xalqı çörəyi güclə tapır. Ən əsası ermənilər orduya getmək belə istəmir. Bu kimi hallarda millətin bu cəsarəti göstərməsi mümkün deyildi". Xüsusən onlar bayraqları 24 aprel "erməni soyqırımı" günü yandırıblar. Həmişə olduğu kimi, dünyaya yalan deməyə çalışırlar. Əsas soyqırıma, Osmanlı imperiyasında yaşayan türklər Azərbaycan ərazisindəki azərbaycanlılar məruz qalıblar. Ən əsas isə Birinci Qarabağ müharibəsində Ermənistandan 300 minə yaxın köçürülən xalq 700 min yurdlarından çıxarılan Azərbaycan xalqı yaşayıb. Buna görə , Azərbaycan Türkiyə həmişə bu olanları dünyaya çatdırmaq üçün çalışır.

Müharibə dövründə olduğu kimi, indi Azərbaycan tək deyil. Türkiyə hər masada Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Ermənistan Türkiyə Azərbaycana qarşı təxribatlar törətməyə çalışsa da, gec-tez cavabını alacaq. Ermənistan bütün anlaşmalardan boyun qaçırmaq üçün təxribatlara əl atır. Amma bundan sonra da Azərbaycan lazım olan addımları atacaq".

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.