Qaradağda 1300-dən çox ağac əkilib
Ekologiya

Qaradağda 1300-dən çox ağac əkilib

Bu gün Maliyyə Nazirliyinin kollektivi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Bakı şəhərinin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Nazirliyin mətbuat xidmətindən "Respublika"ya bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, ekokönüllülərin iştirakı ilə keçirilən aksiyada ərazinin torpaq-iqlim şəraitinə uyğun 1300-dən çox müxtəlif növ ağac əkilib.

Həmçinin onların küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilib, suvarma işləri görülüb.