Qarabağın yenidən qurulmasında xarici şirkətlər də maraqlıdır
Digər xəbərlər

Qarabağın yenidən qurulmasında xarici şirkətlər də maraqlıdır

Azərbaycan Prezidenti İlham Əliyev Kansler Olaf Şoltzun dəvəti ilə Almaniyada işgüzar səfərdə olub. Səfər çərçivəsində cənab Prezident Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb.

Görüşdə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniyanın adamları arasında iqtisadi əməkdaşlıq haqqında müzakirələrin aparılmasından şərəf məmnunluq duyduğunu bildirib. Prezident İlham Əliyev Azərbaycanın sürətli inkişafından söhbət açıb bildirib ki, son iyirmi il Azərbaycanda sürətli iqtisadi artım illəri olub. Xatırladaq ki, ötən ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən müəssisə, təşkilat fərdi sahibkarlar tərəfindən 98,1 milyard manatlıq ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz çox Ümumi Daxili Məhsul istehsal edilib. Son 20 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb. Cənab Prezident İlham Əliyev qeyd edib ki, bu artım dünya rekordu hesab edilə bilər. Çıxışında ölkə başçısı "Böyük Qayıdış" proqramından da söhbət açıb. Bildiyimiz kimi, proqrama artıq start verilib 400-dən artıq məcburi köçkün öz torpaqlarına qayıdıb. "Siemens Energy" şirkətinin təmsilçisi Kristian Vays isə qeyd edib ki, şirkət Azərbaycanda da fəaliyyət göstərir Sumqayıtdakı 500 meqavatlıq Enerji Stansiyası layihəsində iştirak edir. Bildirib ki, "Siemens Energy" şirkəti yerli elektrik şəbəkəsinin elektrik enerjisinin ötürülməsi üçün yarımstansiyaların istismarı, xüsusən Qarabağ regionunda potensialın qiymətləndirilməsi sahəsində yerli tərəfdaşlarla birgə səylər göstərməkdədir. Dövlət başçısı İlham Əliyev çıxışında Qarabağ Şərqi Zəngəzuru bununla yanaşı, Naxçıvanı da yaşıl enerji zonasına çevirmək planlarından da bəhs edib, eyni zamanda Naxçıvanda su elektrik stansiyasının tikintisi üçün böyük potensial olduğunu bildirib. BP şirkəti erməni işğalından azad olunmuş Cəbrayıl şəhərində 240 meqavat gücündə günəş enerji stansiyasının tikintisində birbaşa xarici sərmayədar olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, istehsal olunmuş həmin enerji ölkənin enerji sisteminə daxil ediləcək

"Knauf" Şirkətlər Qrupunun tərəfdaşı Uve Knotzer Qarabağın inkişafına dəstək olmaq istədiklərini qeyd edib. O, bildirib ki, şirkət Qarabağ bölgəsinin inkişafını sürətləndirmək məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıda bilmələri üçün Azərbaycan hökuməti ilə münasibətləri intensivləşdirmək istəyir. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağda Ermənistanın dağıdıcı əməllərindən söhbət açıb, işğal dövründə bölgədə 1 milyondan çox mina basdırıldığını müharibə bitəndən bəri təxminən 300 nəfər azərbaycanlının mina səbəbindən həlak olduğunu ya ciddi xəsarət aldığını bildirib. Məlumdur ki, sürətlə inkişaf etməkdə olan Qarabağda minaların aşkarlanması üçün ciddi işlər aparılır Avropa ölkələrindən avadanlıqlar alınırBununla yanaşı, bölgədə mina aşkarlayan dronlardan da istifadə olunur. Prezident İlham Əliyev müharibədən sonra çıxışlarında dəfələrlə qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə görüləcək bütün işlərdə dost ölkələrin şirkətləri çalışacaqİlk müqavilələr qardaş Türkiyənin şirkətləri ilə bağlanıb. Hətta bəziləri artıq layihələrdə iştirak edir. Qarabağın "yaşıl enerji" zonasına çevrilməsində xarici şirkətlər fəallıq göstərirlər.

Nəzrin CAVADZADƏ,

"Respublika".