Pərpərən bitkisinin əkininə və istehsalına diqqət artırılmalıdır
Digər xəbərlər

Pərpərən bitkisinin əkininə və istehsalına diqqət artırılmalıdır

Uzun illər ərzində apardığımız çoxsaylı tədqiqatlar, o cümlədən yerli beynəlxalq elmi jurnallarda dərc etdirdiyimiz dünya alimlərinin məqalələrinə, tərəfimizdən alınan ixtiralara, hazırda davam etdirilən çoxsaylı laboratoriya araşdırmalarına baxmayaraq, öz-özünə yetişən, yaxud da asanlıqla yetişdirilə bilən qida müalicə əhəmiyyətli, el arasında pərpərən adlandırılan bağça pərpətöyünü (latınca "PORTULACA") təəssüflə qeyd etmək istərdik ki, Azərbaycanda hələ kütləvi istehsaldan sənaye istifadəsindən kənarda qalmışdır.

Pərpərən dünyanın tropik subtropik zonalarında, Cənubi Amerika Afrika ölkələrində, o cümlədən respublikamızda öz-özünə, yəni yabanı halda yetişir. Ədəbiyyat məlumatlarına əsaslanaraq qeyd edə bilərik ki, bir kvadrat metr sahədən 5-6 kiloqram yaşıl pərpərən məhsulu toplamaq mümkündür. Bu bitkinin üstünlüklərindən biri toxumunun öz-özünə torpağa səpələnərək yetişə bilməsidir.

Müzəffər ordumuzun qələbəsi nəticəsində azad olunmuş torpaqlarımızın boş əkin sahələri bu faydalı bitkinin yetişdirilməsi üçün bu gün geniş imkanlar yaradır. Fikrimizcə, işğaldan azad edilən torpaqlarımızda əkilib yetişdirilmək üçün layiq olan pərpərən bitkisi xammal ehtiyatlarının artırılması üçün ideal mənbədir. Çünki bitki çox qulluq tələb etmir, hətta şoran az sulu torpaqlarda (ərazilərdə) belə yetişmə yetişdirilmə imkanlarına malikdir.

Pərpərənin qurudularaq toz halında (un şəklində) çoxfunksiyalı xammal kimi istifadəsi haqqında kifayət qədər əsaslandırılmış elmi məlumatlarımız məqalələrimizdə öz əksini tapmışdır. Bununla yanaşı, qeyd edə bilərik ki, bağça pərpərəninin fitokimyəvi potensialı, nutrisevtik farmakoloji əhəmiyyəti xalq təbabəti müasir elmi-tədqiqatlarla da təsdiq olunmuşdur.

Bitkinin saplaqlarından alınan quru tozun kimyəvi tərkibinin zülallar, mineral maddələr, karbohidratlar, yağlar, vitaminlər, xüsusilə C vitamini s. ilə zənginliyi bu bitkinin necə bir istifadə perspektivinə malik olduğunu təsdiqləyir. Xarici elmi mənbələr hətta pərpərənin həm omeqa-3 omeqa-6 yağ turşularının mənbəyi kimi istifadə olunma imkanına malik olduğunu təsdiqləyir.

Xalq təbabəti qədim zamanlardan onu şəkər xəstəliyinə, sidik infeksiyalarına qarşı, ürək-damar digər xəstəliklərin müalicəsində işlətmişdir. İbn Sina, Çin, Tibet, Hindistan ərəb ölkələrinin xalq təbabəti loğmanları qədimdən bu bitkinin müalicəvi xassələrindən ətraflı yazmışlar.

Müasir tədqiqatlar bitkinin xərçəng əleyhinə antioksidantlar daşıdığını müəyyən etmiş, onun yarpaqları zoğlarının çox zəngin bioloji aktiv maddələrə malik olduğunu təsdiqləmişdir. Alimlər pərpərən ekstraktının yoğun bağırsaqlarda yaranan xərçəngin inkişafına ləngidici təsirini müəyyən etmişlər.

Təcrübələrlə pərpərən tozunun üyüdülmüş un şəklində çörək məhsullarına, ət xammalına, mayonez məhsullarına, konservləşdirilmiş məhsullara, turşudulmuş süd məhsullarına s. qatılmaqla istifadə texnologiyalarının xeyli hissəsi tərəfimizdən işlənmiş xarici mətbuatda dərc olunmuşdur. Bu istiqamətdə hətta namizədlik magistr dissertasiyaları da mövcuddur.

Ən maraqlısı da ondan ibarətdir ki, üyüdülmüş pərpərənin toz halında istifadə olunması, həm əczaçılıq sənayesi üçün böyük imkanlara malikdir. Pərpərən tozundan istifadə etməklə bir sıra ölkələrdə dərman preparatlarının alınması təcrübəsi fikirlərimizlə üst-üstə düşür.

Onu qeyd edək ki, qurudulmuş pərpərəndən toz halında istifadə edilməsi quşçuluq sənayesinin, xüsusilə broyler cücələrinin yetişdirilməsi sahələrinin inkişafı üçün böyük stimul verə bilər.

Təcrübələr göstərir ki, bağça pərpərəninin yerüstü hissələrinin daha çox asan 40-600C- quruducu şkaf ya vakuum şəraitində qurudularaq toz şəklində əldə edilməsi onun geniş istifadə edilməsi üçün kifayət edir. Bu haqda əsaslandırılmış elmi məlumatlar kifayət qədərdir bu məqalənin müəllifləri olaraq onlar haqqında hər zaman məsləhət verməyə hazırıq.

Bütün bunlar bir daha onu şərtləndirir ki, digər meyvə-tərəvəz bitkiləri kimi, yerli şəraitdə yetişdirilən pərpərənin (pərpətöyünün) sənaye sahələrində istifadəsinin imkan məhsuldarlığının araşdırılması məsələsi nəinki biznes strukturlarında, həm dövlət səviyyəsində (Kənd Təsərrüfatı Nazirliyi s.) öz həllini tapmalıdır.

Ona görə təklif edirik:

Birincisi, tez bir zamanda pərpərən bitkisi ondan hazırlanan quru tozun alınmasının yerli dövlət standartı texniki şərtləri işlənib hazırlanmalı, müvafiq strukturlar idarələr tərəfindən hüquqi sənəd kimi təsdiqlənməlidir.

İkincisi, bitkinin yetişdirilməsinin aqrotexniki şərtlərinin qısa müddət ərzində öyrənilməsi üçün ya torpaq sahəsi ayrılmalı ya bu imkanlara malik Əkinçilik, Tərəvəzçilik Elmi-Tədqiqat institutlarının eləcə Azərbaycan Dövlət Aqrar Universitetinin təcrübə sahələrindən istifadə olunmalıdır.

Üçüncüsü, bitkinin davamlı olaraq qurudulub saxlanması üçün quruducu kameralar, anbarlar keyfiyyətinə nəzarət üçün laboratoriyalar yaradılmalıdır. Bunun üçün müasir xarici avadanlıqların alınıb ölkəyə gətirilməsinə vəsait ayrılmalıdır.

Dördüncüsü, yem kimi quşçuluq sənayesi təsərrüfatlarında bitkinin quş ətinin məhsuldarlığına təsiri elmi cəhətdən ətraflı araşdırılmalıdır.

Sonda onu qeyd etmək istərdik ki, müxtəlif illər ərzində apardığımız tədqiqatlar bilavasitə onu göstərir ki, respublikamızda pərpətöyün bitkisi qurudularaq toz halında istehsal edilərsə, ondan sənaye miqyasında soya noxud paxlalıları kimi, Avropada təşkil edilən formada, ölkəmizdə zülal preparatları istehsalına nail olmaq mümkündür. Bu isə bir daha qida mənbəyi kimi dünyada zülal probleminin həlli məsələsində, kazein ət zülalının əvəzedicisi kimi tətbiq edilməklə qida məhsulları istehsalını həm miqdarca, həm çeşidcə artırılmasına imkan yarada bilər.

Nüsrət QURBANOV,

Azərbaycan Dövlət İqtisad Unversitetinin dosenti,

texniki elmlər üzrə fəlsəfə doktoru,

 

Mərdan TAĞIYEV,

Azərbaycan Texnologiya Unversitetinin dosenti,

texniki elmlər üzrə fəlsəfə doktoru.