Pambıqçı fermerlərə dəymiş zərərə görə sığorta ödənişləri
İQTİSADİYYAT

Pambıqçı fermerlərə dəymiş zərərə görə sığorta ödənişləri

Aqrar Sığorta Fondu pambıq bitkisi üzrə fermerlərə zərər ödənişlərini davam etdirir. Ötən il aqrar sığorta ilə təminat altına alınan pambıq sahələrinin bir qismi fırtına, dolu üçüncü şəxslərin hərəkətləri nəticəsində zərərə məruz qalıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti bildirir ki, Ağdam rayonunda keçirilən tədbirdə sahələrini sığortalayan pambıqçı fermerlərə Fondun əməkdaşları tərəfindən ödənişlər təqdim edilib. Rayon üzrə pambıq sahələri dolu riskindən zərərçəkən 55 nəfər fermerə 76 min manata yaxın sığorta ödənişi verilib.

Ümumilikdə ölkə üzrə 106 pambıqçı fermerə 400 min manat sığorta məbləği ödənilməsi nəzərdə tutulub.

"Respublika".