Pakistan Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf Azərbaycana səfərə gəlib
Siyasət

Pakistan Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf Azərbaycana səfərə gəlib

Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəfin rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak etmək üçün mayın 16-da Azərbaycana səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Raca Pərviz Əşrəfin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Milli Assambleyanın nümayəndə heyətini Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri - Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputat Mahir Abbaszadə, Pakistanın Azərbaycandakı səfiri Bilal Haye və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər mayın 19-da başa çatacaq.

AZƏRTAC