“Müasir energetikanın banisi” filminin təqdimatı
Digər xəbərlər

 “Müasir energetikanın banisi” filminin təqdimatı

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı “AzərEnerji” ilin əvvəlindən başlayaraq həyata keçirdiyi silsilə tədbirlərin davamı olaraq Ümummilli Liderin elektroenergetika sahəsində gördüyü misilsiz fəaliyyətilə bağlı “Müasir energetikanın banisi” adlı filmin təqdimatını keçirib.

Tədbirin əvvəlində “AzərEnerji” rəhbərliyi və məsul şəxslər Ulu Öndərin Fəxri Xiyabandakı məzarını ziyarət edib, məzarın özünə gül dəstələri qoyublar. Sonra “AzərEnerji”nin Baş idarəetmə, elm, tədris kompleksində Ulu Öndərin fəaliyyətini əks etdirən foto sərgiyə baxış keçirilib. Sonra “Müasir energetikanın banisi” filmi nümayiş olunub. Filmin təqdimatında “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayev çıxış edərək Ulu Öndərin həyatı və energetika sahəsində misilsiz fəaliyyətindən danışıb.

Ulu Öndərin 100 illiyi ilə bağlı hazırlanan filmin təqdimatından sonra çoxminlik kollektivi olan “AzərEnerji”nin xüsusi yardım bağlamaları şəhid olan əməkdaşların ailələrinə, övladı şəhid olan işçilərə və qazilərə göndərilib.  

“Respublika”.