Ermənistanın guya atəşkəsin Azərbaycan tərəfindən pozulması haqqında yaydığı məlumat həqiqəti əks etdirmir.
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin AZƏRTAC-a açıqlamasında qeyd olunub.
Nazirliyin açıqlamasında bildirilib ki, Azərbaycan Ordusu Kəlbəcər istiqamətində iki ölkənin dövlət sərhədində atəşkəsə riayət edir.
AZƏRTAC