Ümummilli Liderin 100 illik yubileyi ilə əlaqədar tədbirlər
Digər xəbərlər

Ümummilli Liderin 100 illik yubileyi ilə əlaqədar tədbirlər

Baş Prokurorluq

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi, həmçinin ölkə başçısının ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələri ilə əlaqədar aprelin 29-da Baş Prokurorluq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hərbi Prokurorluq, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə növbəti ağacəkmə kampaniyası keçirib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Prokurorluğu da ağacəkmə aksiyasına qoşulub.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, tədbir çərçivəsində Abşeron rayonu və Naxçıvan şəhəri ərazisində ümumilikdə 1600-dən çox zeytun və şam ağacları əkilib.

Abşeron yarımadasının iqliminə uyğun olaraq əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılıb və onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub. Həmçinin əkilən ağacların mühafizəsi və mütəmadi olaraq onlara qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülüb.

Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Ülvi QARAYEV,

“Respublika”.

Xarici İşlər Nazirliyi

Müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Xarici İşlər Nazirliyi (XİN) tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Bakının Müşfiqabad qəsəbəsində "Heydər Əliyev 100 - Yaşıl Gələcək" adlı ağacəkmə aksiyası təşkil olunub.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdən ibarət olub. Tədbir zamanı ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 Eldar şamı və zeytun ağacı əkilib.

Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, hər iki nazirliyin rəhbər şəxsləri və əməkdaşları, ölkəmizdə akkreditə olunmuş xarici diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri, eləcə də diplomatiya könüllüləri, ekokönüllülər, habelə media nümayəndələri iştirak ediblər.

UNESCO

Aprelin 28-də Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyi tərəfindən UNESCO-nun mənzil-qərargahında Azərbaycan-UNESCO tərəfdaşlığının 40 illiyi və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir UNESCO yanında daimi nümayəndəliyimizin təşkilatçılığı, Heydər Əliyev Fondunun və UNESCO üzrə Milli Komissiyamızın dəstəyi ilə "Azərbaycan-UNESCO: 40 illik tərəfdaşlıq" mövzusunda konfransla başlayıb.

Konfransın açılışında Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayev çıxış edib.

E.Abdullayev 1983-cü ildə Bakıda keçirilən UNESCO-nun Şərq Xalça Sənəti üzrə Beynəlxalq Seminarın (Seminaire international sur l'art du tapis d'Orient) UNESCO ilə Azərbaycan arasında əlaqələrin yaranmasında və ölkəmizin beynəlxalq səviyyədə tanınmasında mühüm rol oynadığını qeyd edib. O, həmin seminarın təşkil olunmasında Ulu Öndər Heydər Əliyevin rolunu xüsusi vurğulayıb.

Səfir Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, diplomatik bacarığı və vətənpərvərliyinin hətta Sovet İttifaqı vaxtı Azərbaycan xalqının mədəniyyətini dünya səviyyəsində tanıtmağa imkan yaratdığını və alqışalayiq olduğunu bildirib.

Sonra E.Abdullayev Prezident İlham Əliyevin təşəbbüsü ilə başladılan "Bakı Prosesi" və onun önəmi haqqında məlumat verib. Diplomat, həmçinin aprelin 28-də Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd olunduğunu qonaqların diqqətinə çatdırıb.

Sonra Azərbaycanın sabiq Baş naziri, sabiq xarici işlər naziri və UNESCO üzrə Milli Komissiyamızın ilk sədri səfir Həsən Həsənov, 1999-2009-cu illərdə UNESCO-nun Baş direktoru vəzifəsində çalışan Koişiro Matsuura (videokonfrans formatında), UNESCO İcraiyyə Şurasının sədri Tamara Rastovak Siamaşvili (videokonfrans), UNESCO-nun Xarici əlaqələr şöbəsinin müdiri Genc Seiti, təşkilatın Asiya şöbəsinin sabiq rəhbəri Vəfa Mustafayev, Heydər Əliyev Fondunun nümayəndəsi Fidan Yusibova çıxış ediblər.

Səfir Həsən Həsənov çıxışı zamanı Heydər Əliyevin təkcə Azərbaycan xalqının taleyində deyil, həmçinin onun peşəkar fəaliyyətində də mühüm rol oynadığını bildirib, Azərbaycan xalqının Ulu Öndər kimi dahi şəxsiyyətlərlə fəxr etdiyini vurğulayıb. O, Şərq Xalça Sənəti üzrə ilk Beynəlxalq Seminarın 1983-cü ildə Bakıda keçirilməsinin və UNESCO-nun sabiq Baş direktoru Mbonun həmin seminarda iştirakının ölkəmiz üçün beynəlxalq arenaya qapı açdığını deyib. Bildirilib ki, həmin tədbirdə Heydər Əliyev tərəfindən A.Mboya xalça ustası və alim Lətif Kərimovun əl işi olan "Memar Əcəmi" xalçası hədiyyə olunub. Həmin xalça hazırda UNESCO-nun mənzil-qərargahında saxlanılır.

H.Həsənov qonaqlar arasında olan Mari Ami Mboya atası tərəfindən Azərbaycana göstərilən dəstəyə görə xalqımız adından təşəkkürünü bildirib.

Sonda diplomat bəzi beynəlxalq təşkilatlar tərəfindən tətbiq olunan ikili standartlar və lobbi təşkilatlarının təzyiqinə baxmayaraq, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu xarici siyasət nəticəsində tarixi torpaqlarımızın işğaldan azad edilməsinə nail olduğumuzu bildirib. O, daimi nümayəndə E.Abdullayevə bütün çətinliklərə baxmayaraq, ölkəmizin maraqlarını UNESCO-da layiqincə təmsil etdiyinə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, H.Həsənov 1983-cü ildə Bakıda keçirilən beynəlxalq seminarın təşkilat komitəsinin üzvü və canlı şahidi olub.

K.Matsuro çıxışında UNESCO-nun dəyərlərini təşviq etmək məqsədilə Azərbaycan tərəfindən müxtəlif layihələr həyata keçirildiyini, ölkəmizin müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirib. O, təşkilata rəhbərlik etdiyi dövrdə Azərbaycana səfərləri və onlarla bağlı şəxsi xatirələri haqqında danışıb, Beynəlxalq Muğam Festivalının, milli rəqslərimizin və Qobustanın onun yaddaşında əbədi həkk olunduğunu qeyd edib. K.Matsuura Azərbaycan rəhbərliyinin, xüsusilə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın UNESCO-ya, həmçinin mədəniyyətə göstərdikləri qayğı və diqqətin yüksək qiymətləndirdiyini vurğulayıb.

Sonra səfir E.Abdullayev 2009-2017-ci illərdə UNESCO-nun Baş direktoru vəzifəsində çalışmış İrina Bokovanın iştirakçılara təbrik məktubunu oxuyub. İ.Bokova məktubunda Prezident İlham Əliyevlə birgə iştirak etdiyi Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Forum, Birinci vitse-prezident Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri olduğu müddətdə qızların təhsilinə göstərdiyi xüsusi qayğı, Azərbaycan ilə UNESCO arasında imzalanan Çərçivə Sazişi haqqında xatirələrini bölüşüb. Sabiq baş direktor Azərbaycan tərəfindən mədəniyyət və irs, biomüxtəlifliyin qorunması, təhsil, idman, mədəniyyətlərarası dialoq sahələri üzrə həyata keçirilən onlarla layihənin vacibliyindən söz açıb. O, Azərbaycan-UNESCO tərəfdaşlığının təşkilatın mandatının həyata keçirilməsi üçün potensial yaratdığına əmin olduğunu qeyd edib.

UNESCO-nun İcraiyyə Şurasının sədri T.Rastovak Siamaşvili çıxışında Azərbaycan-UNESCO münasibətlərinin dinamik xarakter daşıdığını, ölkəmiz tərəfindən təşkilatın mandatı çərçivəsində saysız-hesabsız layihələr reallaşdırıldığını qeyd edib. O, sədrliyi dövründə Azərbaycanın bir sıra təşəbbüsləri, o cümlədən mədəniyyətlərarası dialoq və idman sahələri üzrə hazırlanan müvafiq qətnamə layihələrinin İcraiyyə Şurasında müzakirə edildiyini və üzv dövlətlər tərəfindən yekdilliklə qəbul olunduğunu vurğulayıb.

UNESCO-nun Xarici əlaqələr şöbəsinin müdiri Genc Seiti isə 1995-ci ildə UNDP ilə UNESCO-nun təhsil sahəsi üzrə birgə keçirdiyi layihə çərçivəsində Azərbaycana səfər etdiyini, mədəniyyətimizi tanıdığını və ölkəmizlə bağlı xoş xatirələrinin olduğunu bildirib. O, təşkilat ilə ölkəmiz arasında zəngin əməkdaşlığın mövcudluğunu, ölkəmizin ən fəal üzv dövlətlərdən biri olduğunu, təşkilatın qlobal prioritetləri - gender bərabərliyi və Afrika ilə bağlı layihələrə həmişə dəstək verdiyini, mədəniyyətlərarası dialoqu "Bakı Prosesi" və UNESCO-nun Mədəniyyətlərarası elektron platforması layihələri vasitəsilə təşviq etdiyini, UNESCO-nun İpək Yolları Proqramının bərpasında fəal iştirak etdiyini, Idman nazirlərin 7-ci Konfransına (MINEPS IV) cari ilin iyununda ev sahibliyi edəcəyini və Qlobal Təhsil Koalisiyasını dəstəklədiyini diqqətə çatdırıb.

1983-cü ildən etibarən UNESCO-da çalışan Azərbaycan əsilli Vəfa Mustafayev müstəqillikdən əvvəl və sonrakı dövrlərdə ölkəmizin mədəniyyət sahəsində həyata keçirilən layihələr və görülən işlər haqqında məlumat verib. O, Azərbaycanın iri addımlarla irəlilədiyini, gündən-günə gücləndiyini, söz sahibinə çevrildiyini, ölkənin qədim və zəngin mədəniyyətinin UNESCO-da layiqincə təmsil olunduğunu diqqətə çatdırıb. Onun fikrincə, UNESCO-Azərbaycan münasibətləri tarixində mühüm hadisələrdən biri "İçərişəhər"in, Qız qalasının və Şirvanşahlar Saray Kompleksinin 2000-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması olub.

Səfir E.Abdullayev ölkəmizə və xalqımızın maraqlarına həmişə sadiq olduğuna, milli kimliyimizin qorunub-saxlanılmasına görə V.Mustafayevə təşəkkür bildirib.

Daha sonra Heydər Əliyev Fondunun nümayəndəsi Fidan Yusibova Fondun fəaliyyəti haqqında məlumat verib, ölkəmizdəki multikultural dəyərlərin sübutu kimi Fond tərəfindən müxtəlif ölkələrdə tarixi abidələrin, o cümlədən sinaqoqların, kilsələrin və məscidlərin, restavrasiyasının aparıldığını qeyd edib. F.Yusibova Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fond tərəfindən reallaşdırılan layihələrin elm, təhsil, mədəniyyət, incəsənət, gənclər və digər sahələri əhatə etdiyini bildirib. O, Fondun Ümummilli Lider Heydər Əliyevin adını daşıdığını və Ulu Öndərin irsini bütün dünyaya tanıtmaqda davam etdiyini diqqətə çatdırdıb.

Qeyd edək ki, 1974-1987-ci illərdə UNESCO-nun Baş direktoru vəzifəsində çalışmış Amadu-Mahtar Mbonun qızı Mari Ami Mbo konfransa fəxri qonaq qismində qatılıb.

Konfransın sonunda ikitərəfli əməkdaşlığın tarixinə dair videotəqdimat keçirilib.

Təşkilatın mənzil-qərargahında təşkil

 olunan fotosərgidə ölkə rəhbərliyinin UNESCO-ya, eləcə də UNESCO rəhbərliyinin Azərbaycana rəsmi səfərləri, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər zamanı çəkilən tarixi fotolar nümayiş etdirilib.

Tədbir daimi nümayəndəliyimizin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan konsertlə yekunlaşıb.

Konsertdə tarzən Sahib Paşazadə, pianoçu Etibar Əsədli, balaban ifaçısı Ələfsər Rəhimov və "Junior Eurovision 2021" mahnı müsabiqəsinin iştirakçısı Sona Əzizova çıxış ediblər. İstedadlı musiqiçilərimiz "Sarı gəlin", "Şuşam mənim", "Arşın mal alan", "Küçələrə su səpmişəm", "Alagöz", "Qaraqaşın vəsməsi" əsərlərini fərqli variasiyalarda ifa etməklə qonaqların böyük rəğbətini qazanıblar.

Azərbaycan musiqi mədəniyyətinin zənginliyi müxtəlif ölkələrin nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb və qonaqlar hətta konsertdən sonra musiqiçilərimizin istifadə etdikləri milli musiqi alətləri, ifa etdikləri kompozisiyalarla bağlı onlara suallar veriblər.

Sonda iştirakçılar milli mətbəximizin dolma, aş və qutab kimi məşhur təamlarından dadıblar.

Tədbirdə üzv dövlətlərin təmsilçiləri, səfirlər, UNESCO Katibliyinin nümayəndələri və Azərbaycanın Fransadakı dostları iştirak ediblər.                            

 

 

Respublika Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ulu öndərin anadan olmasının 100 illiyi münasibətilə 2023- il "Heydər Əliyev ili" elan olunmuşdur. Bununla bağlı bütün bölgələrdə, rayonlarda kollektivlərdə geniş konfranslar keçirilir. Tədbir iştirakçıları tərəfindən ümummilli liderin abidəsi ziyarət olunurönünə tər güllər düzülür xalqa bəxş olunan əvəzsiz fəaliyyəti barədə dəyərli fikirlər bildirilir.

QOBUSTAN

Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov 2023- ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsinin ümummilli liderin əziz xatirəsinə ehtiramın ali nümunəsi olduğunu bildirib. Qeyd edib ki, ötən əsrin 90- illərinin əvvəllərində Azərbaycan vətəndaş müharibəsi parçalanmaq təhlükəsinin astanasında olarkən  xalq ümummilli lider Heydər Əliyevə üz tutdu   ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirdi.

Milli Məclisin deputatı Nəsib Məhəmməliyev, YAP Xətai şəhər təşkilatının sədri Vüqar Rəhimzadə başqaları çıxış edərək bildirdilər ki, müasir Azərbaycan dövlətçiliyinin tarixində ən önəmli, taleyüklü günlərdən biri 3 oktyabr 1993- ildə keçirilmiş prezident seçkiləridir. Xalqın gələcək müqəddəratının müəyyənləşdirilməsində, Azərbaycan adlı güclü dövlətin formalaşmasında xüsusi çəkisi olan seçkilərdə Heydər Əliyev ilk dəfə yekdil səslə Prezident seçildi xalq nicatını Heydər Əliyev şəxsiyyətində gördü.

QAX

Rayonda "Heydər Əliyev İli" çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq rayonun Heydər Əliyev Mərkəzində "Heydər Əliyev Azərbaycanda milli intibah dövrü", "Azərbaycan dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!" mövzusunda toplantı keçirilib.

RİH başçısı Musa Şəkiliyev Azərbaycanın çağdaş tarixinin milli intibah dövrünün müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi. O, qeyd etdi ki, məhz ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini xaos böhran məngənəsindən çıxarmaqla xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirib. Dahi rəhbər dövlətçiliyə hədsiz sədaqəti ilə indiki gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlülüyünü təmin edən təkmil irs siyasi məktəb miras qoyub.

Milli Məclisin deputatları Etibar Əliyev, Azər Kərimli, "Xalq qəzeti"nin bölgə müxbiri İlqar Həsənov da Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin iki minilliyin qovuşuğundakı Azərbaycanın öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoyduğunu vurğuladılar

Xüsusi olaraq qeyd olundu ki, ulu öndər Azərbaycanı davamlı sabit inkişaf yoluna çıxarmaqla yanaşı, həm bu siyasəti özündən sonra da layiqincə davam etdirə biləcək lider yetişdirib

İSMAYILLI

Tədbirdə RİH-in başçısı Nahid Bağırov bildirib ki, 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynayan ulu öndərin adı xalqımızın tarixinə dövlətimizin xilaskarı, memarı qurucusu kimi həkk edilib. Azərbaycanın son onilliklər ərzində qazandığı bütün uğurlarda Heydər Əliyevin imzasının olduğu diqqətə çatdırıb.

Milli Məclisin deputatları Novruzəli Aslanov, Tahir Kərimli, YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov "Heydər Əliyev İli" çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıblar. Qeyd olunub kiulu öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü gələcək nəsillərə nümunədir unudulmaz tarixdir.

Sonda ümummilli liderə həsr edilmiş "Sən elə bir zirvəsən" adlı musiqi parçası səsləndirilib.

AĞCABƏDİ

Mənəviyyatı zəngin, tarixi qədim, mədəniyyəti mənəvi dəyərləri yüksək olan xalqlar əsrdə bir dəfə yetişən dahi övladları ilə haqlı olaraq fəxr edir, qürur keçirirlər. Azərbaycan xalqı da dünyanın siyasi liderləri siyahısında layiqli yer tutan, bütün həyatını doğma xalqına həsr edən, dövlət müstəqilliyimizi fədakarlıqla qoruyub saxlayan ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini fəxrlə, sevinclə, təntənə ilə qeyd edir.

Yubiley tədbirləri ölkəmizin hər yerində olduğu kimiAğcabədi rayonunda da keçirilir. Heydər Əliyev Mərkəzində "Ulu öndər Heydər Əliyev uşaqların ən böyük himayədarı idi" mövzusunda keçirilən dəyirmi masada Təzəkənd uşaq bağçası körpələr evinin kollektivi balaca fidanları iştirak ediblər. Mərkəzin direktor vəzifəsini icra edən Rövşanə Əliyeva çıxış edərək ulu öndərin uşaqlara göstərdiyi diqqət qayğıdan, ölkəmizdə uşaqların hərtərəfli inkişafının təmin edilməsi istiqamətində həyata keçirilən işlərdən danışıb. Bildirilib ki, Azərbaycanda uşaqların sağlam, firavan böyüməsi, onların hüquqlarının qorunmasına xidmət edən dövlət siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hər zaman sonsuz sevgi qürurla xatırladığımız müstəqil Azərbaycan dövlətinin qurucusu dahi lider daim uşaqlara qayğı diqqət göstərib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin "Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir" - müdrik kəlamı ümummilli liderin uşaqlara olan məhəbbətinin təzahürü idi.

Sonda uşaqlar Heydər Əliyevin uşaqlıq gənclik illərini əhatə edən eksponatlarla yaxından tanış olub, ümummilli liderə həsr olunmuş şeirlər söyləyiblər.

"Respublika".